Icma.az
close
up
RU
23 aylıq şərəfli yol

23 aylıq şərəfli yol

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Tarix təkrar olunur deyənlər yanılmırlar. Necə ki, müstəqil Azərbaycanın elan edilməsi, dövlətimizin XX əsrin 90-cı illərində ağır regional və qlobal siyasi proseslər fonunda baş verirdi, eləcə də bu günlərdə 108 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti eyni əsrin əvəllərində oxşar aqibəti yaşayırdı.
Belə ki, XX əsrin əvvəllərində dünyada baş verən böyük siyasi dəyişikliklər, Rusiya İmperiyası daxilində cərəyan edən proseslər, inqilablar Cənubi Qafqaza da təsirsiz ötüşmədi. Çar Rusiyasının süquta uğraması ilə imperiyanın tərkibində yaşayan xalqlar öz müqəddəratını təyin etmək imkanına sahib oldular. Ümumilikdə regionda baş verən siyasi aktivlik Azərbaycanda da milli azadlıq ideyalarının güclənməsinə yol açdı. Beləliklə, Zaqafqaziya Seyminin dağılmasından sonra bölgə xalqları öz milli dövlətlərini yaratmaq yolunu seçdilər. 1918-ci il mayın 28-də Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.
Bununla Azərbaycan xalqı tarixdə ilk dəfə demokratik respublika quraraq öz müstəqilliyini bütün dünyaya bəyan etdi. AXC Şərqdə, müsəlman dünyasında yaranan ilk demokratik, hüquqi dövlət idi. Təsadüfi deyil ki, özündə bütün siyasi qüvvələri birləşdirən parlament də eyni coğrafiyada ilk dəfə Azərbaycanda, Xalq Cümhuriyyətinin dövründə yaradılmış, qadınlara ilk dəfə seçib-seçilmək hüququ məhz Cümhuriyyətin dövründə verilmişdi.
AXC yarandığı ilk gündən dövlət quruculuğu istiqamətində mühüm addımlar atmağa başladı. Yeni dövlətin əsas məqsədi xalqın milli maraqlarını qorumaq, ölkədə sabitlik yaratmaq və demokratik idarəetmə sistemi formalaşdırmaq idi.
AXC müstəqil dövlətin dövlət atributlarının qəbul edilməsi istiqamətində də tarixi qərarlara imza atdı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə həmin dövrdə təsdiq olundu. Yeni hökumət qısa müddətdə dövlət aparatını formalaşdırdı, məhkəmə sistemi yaratdı və milli ordu quruculuğuna başladı. Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi görkəmli sərkərdələrin rəhbərliyi altında milli ordu yaradıldı. Ordunun təşkili dövlətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Təhsil sahəsində savadsızlığın aradan qaldırılması və milli kadrların hazırlanması da AXC-nin əsas hədəfi idi. Beləliklə, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Bu ali təhsil müəssisəsi ölkənin elm və təhsil həyatında mühüm dönüş nöqtəsi oldu. Paralel olaraq ölkə miqyasında məktəblərin sayı da artırıldı.
AXC beynəlxalq aləmdə tanınmaq üçün də mühüm fəaliyyət göstərirdi. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edərək ölkənin müstəqilliyinin tanınmasına çalışırdı. Nəticədə 1920-ci ilin yanvarında Antanta dövlətləri Azərbaycanı de-fakto tanıdı. Bu, AXC-nin beynəlxalq diplomatiyada qazandığı mühüm uğurlardan biri idi.
Lakin Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Bununla Regionda mürəkkəb siyasi vəziyyət və bolşevik Rusiyasının Cənubi Qafqazı yenidən nəzarətə almaq planları Azərbaycan üçün ciddi təhlükə yaradırdı və 1920-ci il aprelin 28-də bolşevik ordusu Azərbaycanı işğal etdi və AXC-nin fəaliyyətinə son qoydu.
Lakin XX əsrin sonlarında cərəyan edən proseslər Azərbaycanı yenidən müstəqilliyinə qovuşdurdu. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdi. Yeni müstəqil dövlət özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Bu varislik bir sıra mühüm sahələrdə özünü göstərir. Bakıda Cümhuriyyət abidəsinin ucaldılması, AXC-nin yaranmasının 90 və 100 illiklərinin ölkə səviyyəsində qeyd edilməsi üçün imzalanan prezident sərəncamları, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eləcə də digər bu kimi məqamlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycan dövləti və onun lideri Xalq Cümhuriyyətinin varisliyi prinsipini ləyaqətlə qoruyur, bu şanlı tarixi uca tutur və ona ehtiram nümayiş etdirir.
Arzuman Muradlı,
“Milli İnkişaf” ictimai birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 May 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri