Icma.az
close
up
RU
33 illik şərəfli yol

33 illik şərəfli yol

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.

Lakin bir məqamı da vurğulamaq lazımdır ki, o dövrdə bir çox qüvvələr, xüsusilə də xalqın heç bir problemini həll edə bilməyən, sadəcə öz himayədarlarının tapşırıqlarını yerinə yetirən qruplar Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur, onu nüfuzdan salmağa çalışırdılar. Lakin zaman göstərdi ki, bu partiya dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın bərpası üçün böyük mübarizə yolu keçdi və qarşıya qoyulan məqsədlərə doğru adım-addım getdi. Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və 1 gündən də az davam edən anti-terror əməliyyatı ilə Azərbaycan 30 ilə yaxın edən erməni işğalına son qoymaqla, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, həm Cənubi Qafqazda, həm də dünyada yeni reallıq yaratdı. Prezident İlham Əliyevin dediyi kimi: “Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bizim bir çox hədəflərimiz öz həllini tapıb. Azərbaycan bütün sahələr üzrə inkişaf edir, davamlı iqtisadi, sosial islahatlar keçirilir. Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli şəkildə proqramlar reallaşdırılır. Ölkəmizin hərbi gücün və müdafiə qabiliyyətinin yüksəlməsi üzrə mühüm işlər görülür. Azərbaycanın beynəlxalq nüfuzu gündən- günə artır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir.
Yeni Azərbaycan Partiyası islahatlar açıq bir siyasi təşkilatdır. Zamanın yeni çağırışlarına, yaranmış reallıqlara müsbət reaksiya verməyə, uyğun islahatları keçirməyə hər zaman hazırdır. Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuş VII Qurultay bir sıra mühüm qərarlar qəbul etdi. İlk növbədə partiyadaxili sistemli islahatlar həyata keçirildi. Belə ki, YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına birləşmişdir. Partiya daxilində struktur dəyişiklikləri aparılmışdır. Yeni şöbələrin yaranması bir daha onu göstərir ki, Partiya cəmiyyətdə baş verən bütün məsələlər adekvat cavab verə bilir. Qadınların siyasi fəaliyyətə cəlb olunması, gender bərabərliyinin təmin olunması, bu sahədə çətinliklərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyası ölkədə, qardaş və dost ölkələrdə baş verən heç bir prosesdən kənarda qalmır. Həm iqtidar-müxalifət dialoquna öz töhfəsini verir, həm də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər keçirir.
Yeni Azərbaycan Partiyasının Proqramında insan hüquq və azadlıqlarının müdafiəsi, sosial ədalət və insan amili prinsipi təsbit olunmuşdur. Və qeyd etmək lazımdır ki, bu sahədə çox vacib addımlar atılmışdır. Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən irəli sürülən bu fikir özündə bir çox istiqamətləri, o cümlədən, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərini də ifadə edir. Bununla bağlı güclü qanunvericilik bazası yaradılmışdır. Davamlı olaraq, təkmilləşdirilir. Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, onun təşəbbüsü ilə qəbul olunan qanunları, dəstəyi ilə keçirilən layihələri xüsusi ilə qeyd etmək lazımdır.
Seçki hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir. Bütün bunlar onu göstərir ki, xalqımızın YAP-a, onun namizədlərinə inamının, etimadının yüksəkdir.
Bu gün Yeni Azərbaycan Partiyasının 33-cü ildönümünü böyük qürur və fəxarət ilə qeyd edirik! Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Partiya, cəmiyyətimizdə müsbət dəyişikliklərin baş verməsində, dövlətimizin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının fəaliyyəti, həm keçmişin dəyərlərini qorumaq, həm də gələcəyə doğru inamla addımlamaq prinsipləri ilə zənginləşib. Ümummilli Lider Heydər Əliyevin ideyaları, Azərbaycan xalqının inkişafı üçün ilhamverici bir mənbə olaraq yaşayır və bu dəyərlər əsasında partiyamız daha da güclənir. Qarabağ Zəfəri ilə yaranan yeni reallıqlar fonunda, partiyamız Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir. Bütün partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə birgə addımlamağımızı arzu edirəm.

Hicran Hüseynova
Milli Məclisin komitə sədri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri