23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 23 Çin Xalq Respublikası vətəndaşı Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Redaktor.az xəbər verir ki, hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, eləcə də ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















