HTP çərçivəsində 10 Qazaxıstan vətəndaşı Azərbaycanda təhsil alacaq
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
10 Qazaxıstan vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq.
XQ xəbər verir ki, bu barədə Elm və təhsil nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 10 nəfər Qazaxıstan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar.
Tələbələrin qəbul olunduqları proqramlar humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















