Icma.az
close
up
RU
“23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır”

“23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır”

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif buraxılış imtahanında maksimal - 300 bal toplayan abituriyentlərin sayı cəmi 23 nəfər olub. Bu, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmadır. 2024-cü ildə bu göstərici 2-ci zonada 39 nəfər, 1-ci zonada isə 14 nəfər idi".

Bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edir ki, əgər bu rəqəmlərə yüzminlərlə abituriyentin iştirak etdiyi buraxılış imtahanlarının kontekstində baxsaq, bu qədər az sayda yüksək nəticə göstərənlərin olması ölkənin ümumi təhsil keyfiyyətinə dair narahatedici siqnaldır:

"Çünki 300 bal yalnız buraxılış imtahanının nəticəsidir və burada yalnız riyaziyyat, Azərbaycan dili və xarici dil üzrə biliklər yoxlanılır. Bu üç əsas fənn üzrə yüksək nəticə əldə edənlərin sayının bu qədər az olması biliklərin səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir.

Azərbaycan Respublikası "Təhsil haqqında" Qanunun 14-cü maddəsinə əsasən, ümumi təhsil pilləsinin məqsədi şəxsiyyətin formalaşması, məntiqi təfəkkürünün inkişafı və onu həyatın müxtəlif sahələrinə hazırlamaqdır. Lakin yüksək nəticə göstərənlərin sayı bu məqsədə tam çatılmadığını göstərir. Qanunda qeyd olunan "təhsil alanların biliyinin qiymətləndirilməsi müasir tələblərə cavab verməlidir" bəndinə əsasən, qiymətləndirmə obyektiv və şaxəli olmalıdır. Amma nəticələr göstərir ki, ya qiymətləndirmə mexanizmi real bilikləri üzə çıxarmır, ya da tədris sistemi şagirdləri bu tələblərə hazırlaya bilmir.

Bu göstəricinin müsbət tərəfi ondan ibarətdir ki, 2024-cü illə müqayisədə  1-ci zonada artım var - 14 nəfərdən 23 nəfərə yüksəlib. Amma bu, sistem səviyyəsində inkişafdan çox fərdi uğurların nəticəsi kimi görünür. Bu 23 nəfər əsasən özəl kurslarda hazırlaşan və ya fərdi müəllim dəstəyi alan şəxslər ola bilər. Deməli, bu nəticə dövlət məktəblərində verilən təhsilin keyfiyyətinə dair ümumiləşdirilmiş fikir formalaşdırmaq üçün yetərli baza deyil. Əgər bu rəqəmin arxasında dövlət məktəbləri dayanırsa, o zaman bu, həmin məktəblərin nüfuzunu artırır, amma əgər bu nəticələr əsasən özəl təhsil xidmətlərinin nəticəsidirsə, o zaman bu, dövlət təhsilinin zəifliyinə işarədir.

Dünya təcrübəsinə nəzər salsaq, bir çox inkişaf etmiş ölkələrdə - məsələn, Finlandiyada və Estoniyada - qiymətləndirmə sistemləri standart testləşmədən daha çox tətbiqə yönəlmiş metodlara əsaslanır. Orta təhsil pilləsini başa vuran şagirdlər üçün "maksimal bal" anlayışı deyil, funksional savadlılıq əsas göstəricidir. Burada əsas məqsəd şagirdin real həyatda qarşılaşa biləcəyi problemləri necə həll edə bildiyini ölçməkdir. ABŞ-da da SAT və ACT imtahanları vasitəsilə müəyyənləşdirilən yüksək nəticələr statistik olaraq daha geniş yayılıb və bu, təhsil sisteminin rəqabətə açıq və geniş resurslarla təmin olunduğuna dəlalət edir".

Kamran Əsədov Azərbaycanda yüksək nəticə göstərənlərin sayının az olmasını bu cür izah edib:

"Azərbaycanda yüksək nəticə göstərənlərin sayının az olması bir neçə əsas problemi ön plana çıxarır: tədris proqramlarının hələ də reproduktiv təfəkkürə əsaslanması, müəllim hazırlığında davamlı problemlər, dərsliyin keyfiyyəti və məktəbdaxili qiymətləndirmənin real göstəricilərlə üst-üstə düşməməsi. Belə nəticələr, həmçinin regionlar üzrə təhsil imkanları arasında ciddi fərqlərin olduğunu göstərir. Bölgələrdə fəaliyyət göstərən məktəblərdə yüksək bal toplayanların olmaması bərabərsizlik problemini dərinləşdirir.

Bu cür nəticələr təhsil siyasətində dəyişiklikləri qaçılmaz edir. Birincisi, buraxılış imtahanlarının strukturuna yenidən baxılmalı, test mərkəzli qiymətləndirmədən funksional savadlılığı ölçən modellərə keçid təmin olunmalıdır. İkincisi, müəllimlərin ixtisasartırma və peşəkar inkişaf proqramları daha çox tətbiqi və şagirdyönlü metodlara fokuslanmalıdır. Üçüncüsü, imtahanın məqsədi və nəticəsi yalnız universitetə qəbul prosesi ilə deyil, həm də ümumi təhsilin nəticələrini ölçən mexanizm kimi qəbul edilməlidir.

Yekun olaraq, 23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır. Bu nəticə göstərir ki, yalnız fərdi səviyyədə deyil, sistemli şəkildə islahatlara ehtiyac var. Əgər təhsil siyasəti bu siqnalları düzgün oxuyarsa, gələcəkdə bu rəqəmlər artacaq, amma yalnız rəqəmlərlə deyil, funksional və real həyatda tətbiq edilə bilən biliklərə əsaslanan təhsil modeli formalaşacaq. Bu zaman imtahanda maksimal bal toplayanların sayı yox, məzunların həyat bacarıqları əsas göstəriciyə çevriləcək".
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri