Icma.az
close
up
RU
Həm sosial, həm də psixoloji aspektdən ciddi siqnaldır Cəmiyyətdə artan aqressiyanın səbəbləri nədir?

Həm sosial, həm də psixoloji aspektdən ciddi siqnaldır Cəmiyyətdə artan aqressiyanın səbəbləri nədir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Son illərdə ictimai münasibətlərdə aqressiyanın artması, insanların bir-birinə qarşı dözümsüz və emosional davranışlar sərgiləməsi həm sosial, həm də psixoloji aspektdən ciddi siqnaldır. Avtobusdakı gərginliklər, yol mübahisələri, gündəlik ünsiyyətdə qıcıqlanma hallarının çoxalması kimi hallar cəmiyyətdə narahatlıq yaradır. Əlbəttə ki, bu hallar müəyyən psixoloji amillərlə bağlıdır".

Bu sözləri Oxu.Az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, bu amillər içərisində ilk növbədə emosional tükənmə və stresi qeyd edə bilərik:

"İnsan enerjisini tükətdikdə, ən sadə qıcığa qarşı belə emosional partlayışla cavab verir. Ailədaxili konflikt, zərərli vərdişlər, uzunmüddətli gərginlik və s. bu kimi hallar zaman keçdikcə emosional tükənməyə gətirib çıxarır. Bu vəziyyət aqressiyanın əsas psixoloji mexanizmlərindən biridir. Digər tərəfdən özünüifadə çatışmazlığı da cəmiyyət içərisində aqressiyaya səbəb olur. Müasir insan hislərini sözlərlə deyil, davranışla ifadə etməyə meyillidir. Empatiyanın azalması, dialoq bacarıqlarının zəifləməsi və "haqlıyam" mədəniyyətinin yayılması ünsiyyətə aqressiv ton qatır. Burada, həmçinin uşaqlıq təcrübələri də böyük rol oynayır", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, aqressiya çox vaxt erkən dövrdə öyrənilmiş davranışdır:

"Uşaq ailədə zorakılıq, qışqırıq və cəza ilə böyüyürsə, o, konfliktin həllini dialoqda yox, aqressiyada görür. Bu model sonradan sosial münasibətlərdə də təkrarlanır. Bu prosesdə biz, həmçinin sosial və mədəni amilləri də qeyd etməliyik. Qlobal qeyri-sabitlik və informasiyanın çoxluğu da aqressiyaya səbəb olur. Sosial şəbəkələr və informasiya axını insanlarda daimi müqayisə və təzyiq hissi yaradır. İnsanlar başqalarının həyatını ideal görür, öz reallığı ilə barışa bilmirlər, nəticədə daxili gərginlik artır. Bu gərginlik də sonda aqressiyaya çevrilir. Ünsiyyət mədəniyyətinin zəifləməsi də qeyd olunmalıdır. Keçmişdə insanlar üz-üzə, dəyərlər əsasında ünsiyyət qururdu. İndi isə "virtual münasibətlər" üstünlük təşkil edir. Üz ifadəsi, səs tonu, empatik jestlər olmadan ünsiyyət emosional anlayışı zəiflədir və dözümsüzlüyü artırır. Bu məqamda aqressiyanın nəsillərarası yayılması faktı da diqqətə alınmalıdır. Bu gün aqressiya artıq təkcə böyüklər arasında deyil, uşaqlarda və gənclərdə də müşahidə olunur. Bu halın əsas səbəbləri kimi, valideyn nümunəsinin aqressiv olması, rəqəmsal oyunlarda və mediada zorakılığın normallaşdırılması, məktəblərdə sosial-emosional təlimlərin kifayət qədər yer almaması, özünüifadə, münaqişə həlli və emosional tənzimləmə bacarıqlarının tədris olunmamasını göstərmək olar".

Psixoloq qeyd edib ki, artan aqressiyanı yalnız cərimə və inzibati tədbirlərlə deyil, emosional savadlılıq və psixoloji rifah siyasəti ilə azaltmaq mümkündür: "Bunun üçün məktəblərdə "emosional tənzimləmə" dərslərinin tətbiqi, iş yerlərində psixoloji rifah proqramları (stress menecment, empatiya təlimləri), KİV və sosial mediada aqressiv ritorikanın məhdudlaşdırılması, psixoloji xidmətlərin əlçatanlığının artırılması vacib məqamdır. Çünki, cəmiyyətdə aqressiyanın artması fərdi problem deyil, sosial-emosional tarazlığın pozulmasıdır. Əgər cəmiyyətin emosional iqlimi gücləndirilsə, insanlar bir-birinə rəqib kimi deyil, tərəfdaş kimi baxmağı öyrənsə, aqressiya yerini anlayış və empatiyaya verəcək", - deyə o fikrini yekunlaşdırıb.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri