Icma.az
close
up
RU
24 il əvvəl Şeyx Şamilin büstünü partladan, polisə, hərbi hissəyə hücum edən ömürlük məhkumla bağlı qərar verildi

24 il əvvəl Şeyx Şamilin büstünü partladan, polisə, hərbi hissəyə hücum edən ömürlük məhkumla bağlı qərar verildi

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatalada 24 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Emin Baqqayev məhkəməyə müraciət edib.

Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçrilən prosesdə qərar qəbul olunub.

Qərarə əsasən, hökm qüvvədə saxlanılıb.

Emin Baqqayev ərizəsində 20 ildən artıqdır cəza çəkdiyini, barəsindəki hökmün müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmasını xahiş edib.


Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.


Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə bu il iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri - İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunub.


Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.


İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.


Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.

APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri