25 ölkə İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri qaldırmağa çağırıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Aja Labib İsraili Qəzza sektorunda müharibəni dayandırmağa və oraya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.
"Qəzzada müharibə dərhal başa çatmalıdır. İsrail hökumətinin tətbiq etdiyi humanitar yardımın çatdırılması modeli təhlükəlidir. Biz İsrail hökumətini humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa, BMT və humanitar qeyri-hökumət təşkilatlarının öz xilasetmə işlərini təhlükəsiz və səmərəli şəkildə yerinə yetirməsi imkanını təcili olaraq təmin etməyə çağırırıq", - bəyanatın mətnində bildirilib.
Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın XİN başçıları, eləcə də Aİ komissarı imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 İyul 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















