Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

25 ştat Tramp administrasiyasını məhkəməyə verdi

25 ştat Tramp administrasiyasını məhkəməyə verdi

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasının son tarif qərarlarından narazı qalaraq hökumətə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon ştatlarının baş prokurorlarının rəhbərlik etdiyi koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək ötən ay elan olunan yeni tariflərin ləğvini tələb edib.

İddia ərizəsində bildirilir ki, administrasiya 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyətlərini aşıb və tarifləri tətbiq edərkən İnzibati Prosedur Qanununun tələblərini pozub.

Ştatların mövqeyinə görə, tariflər hüquqi baxımdan kifayət qədər əsaslandırılmayıb, məcburi əmək yolu ilə istehsal olunan malların idxalına qarşı effektiv tədbir xarakteri daşımır və məhkəmələr tərəfindən daha əvvəl qanunsuz hesab edilən tariflərin fərqli formada bərpasına xidmət edir.

Koalisiya məhkəmədən tariflərin qanunsuz elan edilməsini, onların icrasının dayandırılmasını və indiyədək ödənilmiş gömrük rüsumlarının geri qaytarılmasını istəyir.

İddiaya qoşulanlar arasında Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Şimali Karolina, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları yer alır. Kentukki və Pensilvaniya ştatlarının qubernatorları da koalisiyanı dəstəkləyiblər.

Kaliforniya Baş prokuroru Rob Bonta yazılı açıqlamasında bildirib ki, Donald Tramp amerikalılar üçün yaşayış xərclərini artırmaq bahasına da olsa, qanunu pozmaqdan çəkinmir. Onun sözlərinə görə, bu, administrasiyanın tariflərlə bağlı qanuni səlahiyyətlərini aşdığı üçün açılan üçüncü məhkəmə işidir.

Arizona Baş prokuroru Kris Mayes isə tariflərin bazarda qiymət artımına səbəb olduğunu, kiçik biznesin xərclərini yüksəltdiyini və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-müəyyənlik yaratdığını bildirib.

Oreqon Baş prokuroru Den Reyfild də tariflərin yükünü xarici hökumətlərin deyil, ABŞ vətəndaşlarının daşıdığını vurğulayıb.

Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyi (USTR) iyulun 23-də 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq ABŞ-nin 60 ticarət tərəfdaşından idxal edilən məhsullara 10 və 12,5 faiz həcmində tarif tətbiq ediləcəyini açıqlamışdı. Administrasiya bu qərarı bəzi ölkələrin məcburi əmək yolu ilə istehsal olunan məhsulların idxalına qarşı kifayət qədər tədbir görməməsi ilə əsaslandırmışdı.

Bu qərar ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Güclər Qanunu (IEEPA) çərçivəsində tətbiq olunan bəzi tarifləri qanunsuz hesab etməsindən və 150 günlük müvəqqəti qlobal tariflərin qüvvədən düşməsindən dərhal əvvəl elan olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2026 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri