“Avropa ölkələrinin Ukrayna ilə bağlı danışıqlarda yeri yoxdur”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa ölkələrinin Ukraynaya xarici hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı təlimlərə başlamasının Avropanın sülh danışıqlarında iştirak etməməli olduğunu bir daha təsdiqlədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Zaxarova bu barədə yazılı açıqlamasında Avropa ölkələrinin noyabrın 9-dan 22-dək “Koalicja 26.2” adı altında keçirəcəyi hərbi təlimləri şərh edərkən danışıb.
O qeyd edib ki, Böyük Britaniya və Fransa Ukraynaya çoxmillətli hərbi qüvvələr yerləşdirməklə Rusiya ilə mübarizə üçün dayaq məntəqəsi yaratmağı və Moskvaya hərbi məğlubiyyət yaşatmağı hədəfləyir.
Zaxarovanın sözlərinə görə, xarici hərbi qüvvələrin Ukraynada yerləşdirilməsi Rusiya üçün qətiyyən qəbuledilməzdir və bu addım faktiki olaraq hərbi müdaxilə deməkdir. O, belə qüvvələrin hansısa koalisiya və ya digər təşkilat çərçivəsində göndərilməsinin Moskvanın mövqeyini dəyişməyəcəyini vurğulayıb.
Rusiya XİN sözçüsü xəbərdarlıq edib ki, Ukraynada yerləşdiriləcək istənilən xarici hərbi qüvvə Rusiya Silahlı Qüvvələri üçün legitim hədəf hesab olunacaq.
Zaxarova Avropa ölkələrinin hərbi təlimlərinin Rusiya, ABŞ və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlardan əvvəl başlamasına da diqqət çəkib.
“Bu, avropalıların danışıqlar masasında yerinin olmadığını bir daha təsdiqləyir”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. ABŞ-nin vasitəçiliyi ilə baş tutacaq görüşlərdə müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq istiqamətində addımlar müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Noyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















