Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

26 İyun Güclü ordunun, qalib Dövlətin bayramı

26 İyun Güclü ordunun, qalib Dövlətin bayramı

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın şanlı dövlətçilik tarixinin ən əlamətdar və qürurverici səhifələrindən biridir. Bu əlamətdar gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qazandığı nailiyyətləri dəyərləndirmək və Vətənimizin müdafiəsi naminə xidmət edən hərbi qulluqçularımıza dərin ehtiramımızı ifadə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan milli ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qoyulmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkənin təhlükəsizliyinin təmin edilməsini dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmiş və qısa müddət ərzində milli ordu formalaşdırmağa nail olmuşdur. Məhz bu tarix sonradan müasir Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi tarixə düşmüşdür.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və daxili çəkişmələr ordu quruculuğu prosesinə də mənfi təsir göstərirdi. Həmin dövrdə vahid komandanlıq sisteminin olmaması, nizami hərbi hissələrin tam formalaşmaması ölkənin müdafiə qabiliyyətini zəiflədən amillərdən idi. Lakin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, güclü və peşəkar ordu quruculuğunun da əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılması sürətləndirildi, hərbi intizam möhkəmləndirildi və ordunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Məhz həmin dövrdə Azərbaycan Ordusunun gələcək inkişaf strategiyası müəyyənləşdirildi, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi və hərbi sahədə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Ulu Öndərin 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi ki, bu da ordu quruculuğuna verilən yüksək qiymətin təzahürü idi.

Bu siyasi kurs bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində ölkəmizin iqtisadi imkanlarının artması Azərbaycan Ordusunun daha da gücləndirilməsinə şərait yaratmışdır. Ordumuzun müasir silah və texnika ilə təchiz olunması, hərbi infrastrukturun yenilənməsi, peşəkar hərbi kadr hazırlığının genişləndirilməsi və beynəlxalq standartların tətbiqi nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutmuşdur.

Azərbaycan Ordusunun qüdrəti xüsusilə 2020-ci ilin Vətən müharibəsində öz parlaq təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində tarixi missiyanı yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının təntənəsi oldu. Azərbaycan əsgəri və zabiti döyüş meydanında misilsiz qəhrəmanlıq nümunələri göstərərək adlarını tarixə qızıl hərflərlə yazdılar.

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Ordusu qarşısında duran ən mühüm tarixi vəzifələrdən birini uğurla yerinə yetirmiş oldu. Bu qələbələr Azərbaycan dövlətinin siyasi iradəsinin, xalq-iqtidar birliyinin və güclü ordunun vəhdətinin nəticəsi kimi tarixə düşdü.

Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, eyni zamanda regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verən nüfuzlu hərbi qüvvədir. Ordumuz beynəlxalq sülhməramlı missiyalarda iştirak etməklə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da öz töhfəsini vermişdir. Müasir çağırışlara uyğun olaraq kibertəhlükəsizlik, xüsusi təyinatlı qüvvələrin hazırlığı, müdafiə sənayesinin inkişafı və hərbi texnologiyaların tətbiqi sahələrində görülən işlər Silahlı Qüvvələrimizin gələcək inkişaf perspektivlərini daha da gücləndirir.

Azərbaycan xalqı öz Ordusu ilə haqlı olaraq fəxr edir. Çünki bu Ordu yalnız dövlət sərhədlərimizi qoruyan hərbi qüvvə deyil, həm də milli qürurumuzun, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Ordumuzun sıralarında xidmət edən hər bir əsgər və zabit Vətənə sədaqətin, xalqa xidmətin və dövlətə bağlılığın nümunəsini nümayiş etdirir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarımıza minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Əminliklə demək olar ki, müasir, güclü və peşəkar Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının etibarlı təminatçısı olacaq, ölkəmizin inkişafı və təhlükəsizliyi naminə üzərinə düşən müqəddəs vəzifəni yüksək səviyyədə yerinə yetirəcəkdir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri