Icma.az
close
up
RU
26 min illik olay təkrarlanır Bu ölkə su altında qala bilər

26 min illik olay təkrarlanır Bu ölkə su altında qala bilər

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

26 000 il əvvəl Şimali Amerikanın böyük hissəsini əhatə edən Lavrentida buz təbəqəsi əriməyə başlamışdı. Buzların əriməsi nəticəsində dünya dənizlərində suyun səviyyəsi 1 santimetr qalxmışdı.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, ABŞ-nin Kolorado Boulder Universitetinin geofizikləri bu dövrdə baş verənləri təhlil ediblər.

Nəticələri “Nature” jurnalında dərc edilən araşdırmaya görə, əriyən buzlar Şimali Amerika qitə plitəsinin hərəkətini 25 faiz sürətləndirib. Həmçinin hesablamalar göstərir ki, Şimali Amerika və Avrasiya plitələri arasında Mərkəzi Atlantik silsiləsinin genişlənmə sürəti 6000-12000 il əvvəl 40 faiz artıb.

Elm adamlarının fikrincə, trilyonlarla ton buz əriyib okeana qarışdıqca qitə çəkisini itirib və plitə saat əqrəbi istiqamətində fırlanıb. Qeyd olunur ki, bu, həm də Mərkəzi Atlantik silsiləsinin genişlənməsinin artması ilə əlaqədardır.

Məqalənin müəlliflərindən biri Tao Yuan deyir: “Buzun həcmi xeyli azaldıqda, Yer qabığında böyük bir fəallıq baş verib. Alimlər buzların əriməsinin plitələrin qalxmasına səbəb olduğunu bilirdilər. Amma biz göstərdik ki, plitələr buzların əriməsi səbəbindən bir qədər üfüqi istiqamətdə hərəkət edə bilir”.

Yeni araşdırmaya görə, kontinental sürüşmə və dəniz dibinin genişlənməsi milyonlarla ili əhatə edən tədrici bir proseslə yanaşı, daha qısa müddətdə də baş verə bilərdi.

Alimlər həmçinin iddia edirlər ki, Qrenlandiyanın buz təbəqəsinin əriməsi bu gün İslandiyada dağıdıcı nəticələrə səbəb ola bilər.

“Mərkəzi Atlantika silsiləsi İslandiya ərazisindən keçir, məlumdur ki, təxminən 10 000 il əvvəl adada intensiv vulkanik aktivlik yaşanıb. Bu vulkanik fəaliyyətlərin silsilənin uzanmasının sürətlənməsi ilə bağlı olub-olmadığı hələ də məlum deyil. Ancaq belə bir vəziyyətdə genişlənmə maqmanın səthə çıxması və vulkanların püskürməsinə səbəb ola bilərdi. Bu vulkanik fəallığa qismən bizim tədqiq etdiyimiz buzlaqların əriməsi səbəb ola bilərdi”, – tədqiqatın digər müəllifi Şijie Çun söyləyir.

Qrenlandiyada buzların indiki ərimə sürəti qitələrin hərəkətinə təsir edəcək səviyyədə deyil. Bununla belə, tədqiqatçıların fikrincə, bu, yaxın bir neçə yüz ildə İslandiyaya ciddi təsir göstərə bilər, xüsusən də temp artarsa…

Yuan qeyd edir: “Qrenlandiya və Qərbi Antarktikada buz təbəqələri hələ də əriyir. Düşünürük ki, buzların gələcəkdə əriməsi dəniz dibinin genişlənməsini və yaxınlıqdakı orta okean silsilələrində vulkanik fəallığı artıra bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:325
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri