Icma.az
close
up
RU
26 ölkə Ukraynaya ordu göndərməyə razılaşdı Təhlükəsizlik paketi razılaşdırılıb, ABŞ nin rəyi gözlənilir

26 ölkə Ukraynaya ordu göndərməyə razılaşdı Təhlükəsizlik paketi razılaşdırılıb, ABŞ nin rəyi gözlənilir

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron Parisdə “istəklilərin koalisiyası” formatında keçirilən görüşdən sonra açıqlama verib. O bildirib ki, ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair dəstəyinin son forması yaxın günlərdə müəyyən ediləcək.

Makronun sözlərinə görə, sammit iştirakçıları ABŞ Prezidenti Donald Trampla da telefon əlaqəsi saxlayıblar: “Bu danışığın nəticələri aydındır: yaxın günlərdə ABŞ-nin dəstəyinin və təhlükəsizlik zəmanətlərinin yekun forması müəyyən ediləcək. ABŞ bu prosesin hər mərhələsində iştirak edib”.

Makron post-müharibə dövründə Ukrayna ərazisinə qoşunların göndərilməsi ehtimalına da toxunub. O bildirib ki, “istəklilərin koalisiyası”na daxil olan 26 ölkə bu addıma hazırdır. Lakin “Financial Times” yazır ki, bir çox Avropa dövlətləri bu qərarla bağlı hələlik yekun mövqe tutmayıblar. Makron vurğulayıb ki, növbəti mərhələdə ABŞ və Rusiya rəsmiləri arasında təmaslar gözlənilir. Əgər Moskva sülh danışıqlarından imtina etsə, Avropa ilə razılaşdırılmış şəkildə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Finlandiya Prezidenti Aleksandr Stubb açıqlayıb ki, Donald Tramp Avropa liderləri ilə söhbətində Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə həyata keçirilməsini təklif edib. Onun sözlərinə görə, söhbət əsasən neft və qaz tədarükünə məhdudiyyətlərdən gedib: “Trampın yanaşması bundan ibarətdir ki, biz sanksiyalar siyasətində birlikdə hərəkət etməli və Rusiyanın hərbi maşınını iqtisadi vasitələrlə dayandırmağın yollarını tapmalıyıq”.

Stubb əlavə edib ki, növbəti mərhələdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Trampın yaxın müşavirləri ilə müzakirələr keçiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski Makronla birgə mətbuat konfransında bildirib ki, artıq təhlükəsizlik zəmanətlərinin ümumi strukturu müəyyənləşib. Onun sözlərinə görə, hər bir ölkə öz töhfəsini vermək üçün ayrıca sənədlər hazırlayır. Zelenski vurğulayıb ki, güclü Ukrayna ordusu bu öhdəliklərin əsas dayağı olacaq və Avropa müdafiə şirkətləri fəaliyyətini daha da intensivləşdirməlidir. O həmçinin Rusiya Prezidenti Vladimir Putinin “Moskavaya dəvəti” ilə bağlı mövqeyini açıqlayıb: “Amerikalı tərəfdaşlarımız dedi ki, Putin məni Moskvaya dəvət edib. Əgər görüşün olmamasını istəyirsənsə, məni Moskvaya dəvət et. Bu, onların müharibəni bitirmək niyyətində olmadığını göstərir”.

Zelenski əlavə edib ki, zəmanətlər parlamentlər səviyyəsində ratifikasiya olunmalıdır: “Budapeşt Memorandumunun və Minsk razılaşmalarının təkrarlanmasını istəmirik və qəbul etmirik”. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük də iqtisadi, siyasi və geosiyasi təhlükəsizlik zəmanətlərinin mühüm hissəsidir. Gözlənilir ki, Ukrayna üçün hazırlanacaq təhlükəsizlik zəmanətləri paketi diplomatik, maliyyə və hərbi elementləri özündə birləşdirəcək və ölkənin müdafiə qabiliyyətini daha da gücləndirməyə yönələcək.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri