Icma.az
close
up
RU
27 ildən sonra azadlığına qovuşan Cəbrayıl

27 ildən sonra azadlığına qovuşan Cəbrayıl

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, rayon yeraltı, yerüstü sərvətlərlə,  sement, mərmər, mişar daşı və bir çox tikinti materialları ilə çox zəngindir. Cəbrayıl rayonunun torpağı olduqca münbit olduğundan əhali üzümçülük, baramaçılıq, heyvandarlıq ilə məşğul olub.

İşğaldan əvvəl Cəbrayıl rayonunun əhalisi 52 min nəfər idi. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunu işğal etdilər. Cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular. 362 nəfər şəhid, 191 nəfər əlil oldu, 6 nəfər Milli Qəhrəman adına layiq görüldü. Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda məskunlaşdırıldı. Hər birimiz kimi, cəbrayıllılar da inanırdılar ki, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək.

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını alaraq 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşın elə ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərdilər. Müharibənin ilk günü –  27 sentyabr tarixində ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda daha 5 kəndi işğaldan azad etdi. 4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi.

2020-ci il noyabrın 20-də "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu "Cəbrayılın işğaldan azad olunmasına" görə medalı ilə təltif edildi.

Ölkəmizin başçısı cənab İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini işğaldan azad etdi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik, Zəngilan, ondan sonra  Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Artıq Cəbrayıl rayonunda böyük quruculuq işləri davam etdirilir. Müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələr həyata keçirilir. "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması Cəbrayıl rayonu ilə yanaşı regionun inkişafı üçün çox önəmli hadisədir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilmişdir. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilib. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev dəfələrlə Cəbrayıl rayonuna səfər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib.

Prezident cənab İlham Əliyev 28 oktyabr 2025-ci il tarixində Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşərək mənzillərin açarlarını onlara təqdim etmişdir. Ölkə başçımız 9 may 2026-cı il tarixdə növbəti dəfə Cəbrayıla səfəri çərçivəsində rayonun Şükürbəyli kəndinin açılışında iştirak etdi, yeni tikilmiş evlərlə tanış olaraq sakinlərlə səmimi görüşlər keçirdi.

Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər.

Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin   kafedra müdiri, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri