27 min BMW geri çağırılır Pulsuz təmir edəcəklər
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Alman avtomobil nəhəngi BMW Amerika Birləşmiş Ştatlarında 27 mindən çox lüks sedan modelini geri çağırır.
Demokrat.az xəbər verir ki, qərar val bağlantısındakı yeyilmə problemi ilə bağlıdır. Nasazlıq arxa təkərlərə güc ötürülməsini kəsə bilər. Əl tormozu çəkilmədən saxlanılan avtomobillərin diyirlənmə riski yaranır.
Problemlə üzləşən modellər 2021-2026-cı illərdə istehsal edilən 5, 7 və 8 seriyalı avtomobillərdir.
Hərəkət valının arxa diferensiala bağlandığı nöqtə gözləniləndən tez sıradan çıxır. Nəticədə mühərrik işlək halda olsa belə, arxa təkərlərə güc ötürülməsi anidən dayana bilər. Avtomobil park rejimində olarkən bağlantının qopması və əl tormozunun çəkilməməsi maşının meylli ərazidə hərəkət etməsinə gətirib çıxarır.
Şirkət hələlik bu səbəbdən hər hansı qəza və ya xəsarət faktının qeydə alınmadığını bildirir.
Mütəxəssislər nasazlığın özünü əvvəlcədən bəzi əlamətlərlə büruzə verdiyini diqqətə çatdırırlar. Sürücülər sürətlənmə zamanı titrəmə, arxa hissədən gələn taqqıltı səsləri və ya güc itkisi hiss edə bilərlər.
Səlahiyyətli servis mərkəzləri avtomobillərin val-diferensial bağlantılarını ödənişsiz yoxlayacaq. Problemin dərəcəsindən asılı olaraq bağlantı nöqtəsi xüsusi yapışqanla möhkəmləndiriləcək və ya hissələr tamamilə yenisi ilə əvəzlənəcək. Sürücülərə təmir tamamlanana qədər avtomobili park edərkən mütləq əl tormozundan istifadə etmək tövsiyə olunur.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:13 min maşın geri çağırılır Pulsuz təmir edəcəklər
23 Oktyabr 2025 10:32
173 500 maşın geri çağırılır Pulsuz təmir edəcəklər
31 Dekabr 2025 21:27
BMW nin 90 min maşını geri çağırılır Yerində alışa bilər
10 Fevral 2026 23:14
BMW yanğın təhlükəsi səbəbindən təxminən 190 min avtomobil geri çağırılır
05 Sentyabr 2026 14:22
40 min Volvo geri çağırılır
24 Fevral 2026 09:35
Baxış sayı:161
Bu xəbər 21 Avqust 2026 22:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları