Putindən medal aldı, qayıdanda 5 illik qadağa ilə üzləşdi
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moldova hakimiyyəti Dnestryanı bölgənin “lideri” Vadim Krasnoselskinin ölkəni tərk etməsinə beş il müddətinə qadağa qoyacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu qərar onun Moskvaya səfərindən və Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılmasından sonra gündəmə gəlib.
Krasnoselski noyabrın 15-də Moskvadan qayıdaraq Kişinyov Beynəlxalq Hava Limanına enib. Onun ölkəyə qayıtmasını Moldova hökumətinin sözçüsü Dmitri Çioriç təsdiqləyib.
Çioriç bildirib ki, sərhəd nəzarəti prosedurları başa çatdıqdan sonra Krasnoselski barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Bunlara onun Moldova Respublikasının dövlət sərhəd-keçid məntəqələri vasitəsilə beş il ərzində ölkədən çıxmasına qadağa qoyulması da daxildir.
Məlumata görə, Krasnoselski hava limanında xüsusi nəzarət prosedurlarından keçirilib. O, Moskvaya həyat yoldaşı ilə birlikdə səfər edib.
Xatırladaq ki, noyabrın 4-də Vladimir Putin Moskvada Krasnoselskiyə Rusiya Federasiyasının “Şərəf” ordenini təqdim edib. Bundan sonra, noyabrın 5-də Moldova hökuməti onun ölkəyə qayıdacağı təqdirdə məhdudlaşdırıcı tədbirlərlə üzləşəcəyini açıqlamışdı./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Noyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















