Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

27 Sentyabr şəhid qanıyla yazılan tarix

27 Sentyabr şəhid qanıyla yazılan tarix

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.

Azərbaycanın Vətən savaşı, əslində, dünyanın haqq savaşı olmalı idi. Çünki 200 il ərzində xarici himayədarlarına güvənən ermənilər işğalçılıq, talan, soyqırımı kimi qeyri-insani əməllərə imza atmışdı. 1988-ci ildə Ermənistanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək istəyi ilə başlanan son münaqişə, Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması ilə yeni mərhələyə keçdi. 1988-94-cü illərdə davam edən Birinci Qarabağ savaşını, Vətən müharibəsini etiraf etmək nə qədər çətin olsa belə, uduzmaq, məğlub durumuna düşmək məcburiyyətində qalmışdıq. Azərbaycanı gücsüz və müdafiəsiz görən zalım düşmən “arxalı köpək qurd basarcasına” torpaqlarımızın 20 faizindən çoxunu işğal etmiş, bir milyondan artıq insanımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdı. Təbii ki, bunlara tək özü nail olmamışdı. Arxasında dayananların, havadarlarının, çirkli çevrələrin, gözləri qandan, insanlıq dramlarından doymayan güc mərkəzlərinin, onlara Azərbaycan-Türk torpaqlarında qondarma dövlət yaradanların sayəsində nail olmuşdu. Ötən dövr ərzində - 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını birmənalı pisləyən, onun işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri icra edilməmiş, yerinə yetirilməmişdir. 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasına, ona münaqişənin sülh və danışıqlar yolu ilə həllində vasitəçilik missiyasının etibar edilməsinə, Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə həmsədrlər institutunun təşkil edilməsinə baxmayaraq, münaqişə həll olunmamış, dondurulmuş vəziyyətdə qalmışdı. Nə 4 qətnamə qəbul edən BMT və onun Təhlükəsizlik Şurası, nə də ATƏT, Minsk qrupu və həmsədrlər bu dövr ərzində əllərində olan təsir və təzyiq mexanizmlərini işə salmamış, Ermənistana sanksiyalar tətbiq etməmiş, onu cəzalandıraraq, işğaldan geri çəkindirməyə nail olmamışdır. İkili, üçlü, beşli standartlarla, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən, bir çox hallarda da işğalçını növbəti işğala stimullaşdıran, iştahlandıran davranışlara yol verməsəydilər, münaqişə çoxdan, ədalətli və müsbət həllini tapmış, bölgədə sülh və əmin-amanlıq çoxdan bərqərar edilmiş olardı. Amma öz cılız, dar maraqları, çıxarları naminə bunu etmədilər, əslində, Ermənistandan Azərbaycana qarşı bir təzyiq, bir silah kimi istifadə etməyə, Azərbaycanı öz Haqq mübarizəsindən çəkindirməyə, tutduğu müstəqil inkişaf yolundan döndərməyə çalışdılar. Ancaq bir şey bəllidir ki, sivil dünyada yaşadığımızı iddia etdiyimiz bir dövrdə ermənilərin dinc insanlara, işğal etdikləri torpaqlara, bu torpaqlar üzərində insanların alın təri ilə ərsəyə gəlmiş minlərlə tikililərə, o cümlədən bəşəri əhəmiyyət daşıyan tarixi-mədəni abidələrimizə qarşı törədilmiş cinayətlər heç də sivil dünyanın sakinlərinə xas olan hərəkətlər deyildi. Bütün bunları ermənilər bizim torpaqlarımızda, bizim şəhər və kəndlərimizə qarşı və nəhayət bizim xalqımıza qarşı etmişdilər. Nəhayət, onların 27 sentyabr 2020-ci il tarixində cəhd göstərdiklri növbəti hərbi təxribat azadlıq müharibəsinin alovlanması üçün bir qığılcım oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 3 minə yaxın əsgər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə 27 Sentyabr - Anım Günü deyil, həmişə ehtiramla yad edir. Bu gün istər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk günlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik.

Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Dövlət başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərdi. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident İlham Əliyev xüsusilə yenilməzlik və özünəməxsus prinsipiallıq nümayiş etdirərək xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə etdi, dahiyanə taktiki həmlələrlə ardıcıl və məqsədə köklənmiş siyasət apararaq möhtəşəm bir tarixi qələbə qazandı. Şübhəsiz ki, şanlı qələbəmiz “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” deyən Müzəffər Ali Baş Komandanın müdrik bir sərkərdə qətiyyətinin məntiqi təzahürü, həm də dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunun bəyanı idi. İkinci Qarabağ müharibəsi dövründə cənab Ali Baş Komandan İlham Əliyev xalqımıza etdiyi bütün müraciətlərində həm qələbə xəbərlərini çatdırır, həm də ordumuz tərəfindən məhv edilmiş və ya hərbi qənimət kimi götürülmüş düşmənə aid texnika və silah-sursatların siyahısını paylaşırdı. Hansı ki, bu texnika və silah-sursatlar daha sonra 10 dekabr – Zəfər paradında, Azadlıq meydanında nümayiş olundu.

Təkrarolunmaz hərbi taktika və strategiyası ilə böyük rəğbət qazanan ordumuz istər texniki təchizatı, istər nizam-intizamı, istərsə də hərbi hazırlığı ilə beynəlxalq miqyasda nümunə göstərildi. Hazırda xarici hərbi ekspertlər ən müsair Azərbaycan Ordusunun Vətən müharibəsində göstərmiş olduğu şücaət və rəşadəti əsrimizin döyüş zirvəsi kimi qiymətləndirirlər. Bu zəfərin müəllifi Ali Baş Komandan, Azərbaycan Ordusu, öz qəhrəmanlıqları ilə ad qazanmış əsgər və zabitlərimizdir. Ata yurdlarımızı düşmən əsarətindən xilas edən igid Vətən oğulları mənfur düşməni rüsvayçı təslimçilik aktını imzalamağa məcbur etdi. Məhz Qarabağımızın bağrında yer alan, mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad olunması Ermənistanın diz çökməsi ilə nəticələndi. Davamında 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ən mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdə davam etdi. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin təməli qoyuldu, möhtəşəm layihələrə start verildi. Şuşaya Zəfər yolu çəkildi, Füzulidə Beynəlxalq Aeroport açıldı. Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailə, ümumilikdə 326 nəfər köçürüldü. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.

27 sentyabr Azərbaycan Prezidentinin təkcə Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi və hərbi zərbənin başlanğıc günüdür. Cənab İlham Əliyev müharibə müddətində şəxsi keyfiyyətlərindəki qətiyyətin, dönməzliyin diplomatik bacarıq və səriştəsi ilə vəhdətini nümayiş etdirərək bildirmişdi: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”. Bu məqamda 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özündə böyük mənəvi təsir gücünü daşıyan bir fikrini xatırlamaq yerinə düşər: “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”. Bəli, uca Tanrı bizə müqəddəs Qarabağ torpağını öpməyi nəsib etdi, bizi arzularımıza qovuşdurdu.

27 sentyabr həm də arzularımızın çin olduğu gündür. Qüdrətli Azərbaycan dövləti və xalqı haqq və şərəf işimiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandırmış şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq. Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri