270 şagirdi bir yerə yığa bilməsəm, müəllimə maaş verə bilməyəcəyik Nazir
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Biz məktəblərdə Çin dilini tədris etmək istəyirik”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
Nazir bildirib ki, müəllimə işlədiyi saata görə əməkhaqqı verilmə sistemini məktəblərdə tətbiq etmək alınsa, bu həyata keçiriləcək.
O, əlavə edib ki, xarici dilin tədrisi üçün hansısa müəllim başqa ölkədən dəvət olunursa, o, lazımi əməkhaqqı ilə təmin edilməlidir.
"Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur. Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir. Məsələn, 270 şagirdi bir yerə yığa bilməsəm, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan aldırmağa çalışırıq", - deyə E.Əmrullayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 İyun 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















