Bu abidələrin bölgüsü DƏYİŞDİ
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr" bölməsində Azıx mağara düşərgəsi və Tağlar mağara düşərgəsinin yerləşdiyi ərazi Füzuli rayonu əvəzinə müvafiq olaraq, Xocavənd rayonu, Azıx kəndi və Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi olarqaq qeyd edilib.
Həmin Qərarla təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq əlavə edilib.
"Arxeoloji abidələr” bölməsi üzrə “Astara rayonu” hissəsinə Əlişa qala kompleksi e.ə. IV - e. XVI əsrlər Alaşa kəndi; “Quba rayonu” hissəsinə Xatirə abidəsi – kütləvi məzarlıq 1918-ci il Quba şəhəri, Nəriman Nərimanov küçəsi əlavə edilib.
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















