Adəm Məmmədova yenidən cinayət işi açıldı Axtarışa verildi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.
Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi başlanılıb.
Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.
Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.
İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















