Icma.az
close
up
RU
28 May da dəhliz yaradılır Gənclik metro stansiyasını bulvara birləşdirəcək

28 May da dəhliz yaradılır Gənclik metro stansiyasını bulvara birləşdirəcək

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Paytaxtın yaşıllaşdırılması fonunda hibrid yaşıl dəhlizlərin yaradılması məsələsi müzakirə mövzusudur.

Milli.Az xəbər verir ki, bunlardan biri də "28 May" dəhlizi layihəsidir.

Layihəyə əsasən, dəhliz xətti park vasitəsilə "Gənclik" metro stansiyasının ətrafını Bakı Bulvarı və Bakı Limanı ilə birləşdirəcək.

Burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış, hətta mədəniyyət və yaradıcılıq sahələri yaradılacaq. Ümumilikdə "28 May" hibrid dəhlizinin xətti təxminən 15.6 hektar ərazini əhatə edəcək.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə layihələr nəticəsində şəhərin bir tərəfindən digər tərəfinə piyada şəkildə rahat hərəkət etmək mümkün olacaq:

"Hibrid yaşıl zona o deməkdir ki, orada həm yaşıllıqlar var, şəhərin atmosferini yaxşılaşdırır, ümumi gözəllik yaradır. Bundan başqa yay vaxtı imkan vermir ki, şəhərin temperaturu çox yüksəlsin. Həmçinin, həm də o yaşıllıqlardan, yaşıl dəhlizlərdən mobillik üçün istifadə olunur. Ola bilsin ki, orada tramvay xətləri də salına bilər, yəni ekoloji təmiz nəqliyyat növlərinin oradan keçməsinə şərait yaradıla bilər. Bunların da şəbəkəsi olsa, lap gözəl olar. Şəbəkə şəhərin bir başından o biri başına yaşıl zonalarda hərəkət eləməklə getməyin mümkün olmasıdır". 

Ə.Hüseynov bildirib ki, xüsusən yay vaxtı insanlar piyada gəzintilərə üstünlük verirlər. Belə olduğu halda, bu yeniliyin həm sağlamlıq, həm də nəqliyyat sıxlığının qarşısının alınması üçün müsbət təsirləri olacaq.

Ekspert qeyd edib ki, bir neçə ərazinin belə yaşıl dəhlizlərə çevrilməsi planı var:

"Birincisi, bu gün istifadə olunmayan, yalnız yüklərin daşınması üçün nəzərdə tutulmuş dəmir yolu xətləri var. O dəmir yollarının tutduğu ərazini yaşıl dəhlizlərə çevirmək olar. Bəzi yerlərdə hələ Sovet dövründən qalan plansız tikililər var. Həmin tikililəri söküb həmin ərazidə şəhərin planına uyğun yeni layihələr icra edəndə mütləq həmin yaşıl dəhlizlər artırılmalıdır. Yaşıllıq zonaları ətrafında yaşayış binaları və bu tip tikililər minimum həddə olmalıdır".

Mina
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Mart 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri