Icma.az
close
up
RU
28 May dan Nizami metrosuna qatarlar getməyəcək RƏSMİ

28 May dan Nizami metrosuna qatarlar getməyəcək RƏSMİ

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Xətlərin ayrılması prosesinə ilkin mərhələ olaraq bu ilin aprel ayında başlanılıb”.

Bunu Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, xətləri fiziki olaraq ayırmaq üçün iki əsas şərt mövcuddur:

“Birinci şərt hər bir xəttin müstəqil fəaliyyət göstərə bilməsi üçün ayrıca elektrik deposunun olmasıdır. İlkin işlər məhz Dərnəgüldəki elektrik deposunda başlayıb və bu proses iki mərhələdən ibarətdir. Birinci mərhələ tamamlandıqda xətlərin ayrılması istiqamətində ilk vacib addım gerçəkləşmiş olacaq. İkinci vacib məqam isə "28 May" stansiyasının yaxınlığında hasarlanmış iki xüsusi ərazidə aparılan işlərlə bağlıdır. Həmin hissələrdə xüsusi dərinliyə qədər hazırlıq şaxtası qazılır. Şaxtanın hazır olmasından sonra xətlərin fiziki ayrılması üçün zəruri olan ikinci mərhələ tamamlanacaq. Daha sonra təxminən 200 metrlik tunelin tikintisinə başlanacaq. Bu mərhələnin 11 aya qədər davam edəcəyi gözlənilir”.

B.Məmmədov bildirib ki, məhz bu dövrdə "28 May" stansiyasından "Nizami" istiqamətinə, yəni Dərnəgül xətti üzrə qatarlar hərəkət etməyəcək:

“Qatarlar yalnız Həzi Aslanov–İçərişəhər xətti üzrə işləyəcək. Digər istiqamətə keçən sərnişinlər isə həmin müddətdə yerüstü nəqliyyatla daşınacaq. Bununla bağlı müzakirələr davam edir. Məsələ yalnız sərnişinin stansiyadan çıxıb Nizami stansiyasına aparılması ilə məhdudlaşmır, daha geniş analiz tələb edir. Biz sərnişinlərin metroya hansı stansiyadan daxil olduğunu bilirik, amma çıxış məntəqələrini, məsələn, Koroğludan minən sərnişinin Elmlər Akademiyasına, yoxsa İçərişəhərə getdiyini dəqiq müəyyənləşdirmək üçün xüsusi monitorinqlərə ehtiyac var. Məqsəd sərnişin narahatlığını minimuma endirmək və alternativ dövrdə maksimal komfort təmin etməkdir.

Mətbuat katibi əlavə edib ki, xətlərin ayrılması böyük və tarixi layihədir, çünki 40 ildən çoxdur bu istiqamətdə iş aparılmayıb:

“Proses təkcə relslərin çəkilməsi ilə məhdudlaşmır, həm də qatarların hərəkət təhlükəsizliyi, sürət hədləri, işıqlandırma, elektrik kabellərinin çəkilməsi, iki yeni yarımstansiyanın inşası, mövcud dartı yarımstansiyasının tam yenidən qurulmasını əhatə edir. Bundan başqa, 28 May–Cəfər Cabbarlı istiqamətində sərnişin axınının artacağı nəzərə alınaraq, əlavə piyada keçidinin tikintisi də planlaşdırılır və bu keçidin həmin 11 ay ərzində hazır olması vacib hesab edilir. İntervalın minimuma endirilməsi üçün İçərişəhər stansiyasının arxasında dönmə kamerası və Xətai stansiyasından sonra iki yeni stansiyanın inşasının başa çatdırılması da tələb olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri