Flik tənqidlərə cavab verdi: “Real” və PSJ ilə eyni səviyyədəyik”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik PSJ-yə 2:4, “Real Madrid”ə isə 1:2 hesablı məğlubiyyətlərdən sonra komandasının ünvanına səslənən tənqidlərə münasibət bildirib.
İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis uğursuz nəticələrin komandanın qarşısına qoyduğu məqsədləri dəyişmədiyini vurğulayıb.
“Məni bu tənqidlər təəccübləndirmir, reallıq belədir. Ambisiyalarımızı əməllərimizlə təsdiqləməliyik. Ən yaxşı oyunumuzu nümayiş etdirdik və özümüzü müdafiə etmək üçün heç bir səbəbimiz yoxdur. Nəticə fərqli də ola bilərdi. Amma biz “Real Madrid” və PSJ ilə eyni səviyyədəyik”, - deyə Flik bildirib.
Baş məşqçi “Barselona”nın hər iki turnirdə çempionluq uğrunda mübarizə aparmaq gücündə olduğunu qeyd edib:
“Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Məqsədlərimizə çatmaq, La Liqa və Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var. Potensialımıza və tarix yazmağa qadir olduğumuza inanıram. Məğlubiyyətlər heç nəyi dəyişməyib”.
Flik məğlubiyyətlərin mediada daha çox müzakirə olunmasını da təbii qarşıladığını söyləyib:
“Futbolda məğlubiyyətlərə daha çox diqqət yetirilir, çünki onlar daha böyük maraq doğurur. Sizin yerinizdə olsaydım, mən də məğlubiyyətlərdən danışardım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Noyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















