28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının “28 May” metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır.
KONKRET.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, bəzən 1 və 2 nömrəli avtobusların heç biri 15 dəqiqədən artıq müddətdə dayanacağa yaxınlaşmır. Bu isə insanların işə gecikməsinə, nəqliyyatda sıxlığın artmasına və dayanacaqlarda böyük sərnişin kütləsinin yaranmasına səbəb olur.
Problem tədris ilinin başlanmasına az müddət qalmış daha da aktuallaşır. Dərslərin başlaması ilə səhər saatlarında sərnişin axınının əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, indidən qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Belə vəziyyətlərdə marşrut xətlərində əsas avtobuslardan əlavə, rezerv avtobusların hazır vəziyyətdə saxlanılması və zərurət yarandıqda xəttə buraxılması məqsədəuyğun olardı. Lakin sərnişinlərin müşahidələrinə görə, pik saatlarda yaranan interval problemini operativ şəkildə aradan qaldıracaq əlavə nəqliyyat vasitələri kifayət qədər görünmür.
Sərnişinlər aidiyyəti qurumlardan 1 və 2 nömrəli avtobusların hərəkət qrafikinə nəzarətin gücləndirilməsini, xüsusilə səhər pik saatlarında avtobuslar arasındakı intervalın optimallaşdırılmasını və ehtiyat avtobusların xəttə cəlb edilməsini xahiş edirlər.
Tədris ili başlamamışdan – 15 sentyabrdan əvvəl bu problemin həll olunması vacibdir. Əks halda sərnişin sayının artması ilə mövcud vəziyyət daha da ağırlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















