Icma.az
close
up
RU
Metronun hərəkətində dəyişiklik: “28 May”da sərnişinləri nə gözləyir? KONKRET

Metronun hərəkətində dəyişiklik: “28 May”da sərnişinləri nə gözləyir? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Metro sərnişindaşımaların bütöv həcmini əhatə etmir. Metronu ictimai nəqliyyatla koordinasiya edirlər. Elə stansiyalar var ki, orada tədricən cazibə mərkəzləri əmələ gəlir. Belə stansiyalarda sərnişin sayı digərlərindən daha çox olur”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.

O, Bakı Metropoliteninin fəaliyyətində gözlənilən dəyişiklikləri şərh edib.

Xatırladaq ki, metropolitenin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması düşünülür. “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması üçün təxminən “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında 200 metrlik əlaqə yaratmaq üçün tunelin inşası planlaşdırılır.

“Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq. “28 May”dan “Dərnəgül” istiqamətində qatarların hərəkəti olmayacaq. Qatarlar “Dərnəgül”- “Nizami” stansiyaları arasında hərəkət edəcək. Bu zaman həmin xəttə “Dərnəgül” elektrik deposu xidmət göstərəcək.

Öz növbəsində, Fərhad Əyyubov deyilənə əlavə edib:

“Ümumən, bu uzunmüddətli bir layihədir. Birdən-birə sərnişin axınına təsirləri müəyyən etmək olmur. Metronun avtobus marşurtu ilə əlaqəsi dəyişən kimi yeraltı nəqliyyatdan istifadə edən sərnişinlərin sayı da dəyişir.

Bu nöqteyi-nəzərdən, ola bilsin ki, ictimai nəqliyyat üçün yeni marşurtlar açılsın. Ona görə də, öncədən nəsə demək çətindir. Bunlar əsaslandırılmış şəkildə olmalıdır. Bəzən yolların özünün istiqamətini dəyişəndə həmin nəqliyyat vasitələrinin həmin istiqamətdə gedişləri artır və yaxud azalır”.

Ekspert qeyd edib ki, “28 May” stansiyasının qismən bağlanması sərnişin sıxlığına ciddi təsir göstərəcək:

“Onsuz da metronun sıxlığı ictimai nəqliyyatın özünün yükgötürmə qabiliyyətindən asılıdır. Bəzi yerlərdə avtobuslar sərnişinləri təyin olunan istiqamətlər üzrə daha rahat daşıyırsa, onda həmin istiqamətlər üzrə metroların sıxlığı da azalır. Bu mövzuda yerüstü nəqliyyat vasitələrinin üzərinə böyük yük düşür.

“28 May” stansiyasının qismən bağlanması sıxlığa ciddi təsir göstərəcək. Çünki hazırda belə metroda müəyyən vaxtlarda sərnişin axını intensiv olur. Fikir verin, interval bir balaca geciksə və sərnişin sayı artsa əlbəttə ki, metro daşımalarında gərginlik olacaq. Bakı şəhərində nəqliyyat və sərnişindaşıma məsələlərinə kompleks şəkildə baxılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri