Icma.az
close
up
RU
2,9 saniyəyə 100 km/saat Çinin yeni elektrikli canavarı neçəyə satılır?

2,9 saniyəyə 100 km/saat Çinin yeni elektrikli canavarı neçəyə satılır?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində təxminən 34 min dollardan satışa çıxarılan “SC01” 429 at gücü, iki elektrik mühərriki və 0-dan 100 km/saat sürətə 2,9 saniyəyə çatması ilə diqqət çəkir. Lakin dizaynı və performansı ilə seçilən avtomobilin ABŞ bazarına daxil olmaq ehtimalı olduqca aşağıdır.
Demokrat.az
xəbər verir ki, ABŞ-da elektrikli avtomobil bazarında idman avtomobili axtaranların qarşısına çıxa biləcək modellərin sayı kifayət qədər məhduddur. Çində isə təxminən 34 min dollarlıq qiyməti ilə diqqət çəkən, iki mühərrikli tam elektrikli idman avtomobili bu boşluğu doldura biləcək xüsusiyyətlərə malikdir. Ancaq “SC01”i ABŞ yollarında görmək o qədər də mümkün görünmür.
Çində “JMEV 01” adı ilə tanınan “SC01” “Small Sports Car Company” (SSCC) tərəfindən hazırlanıb. Şirkətin arxasında elektronika nəhəngi “Xiaomi”nin də dəstəyi var. Dizaynı Fen Syaotunq tərəfindən hazırlanan avtomobilə isə “Bentley”, “BMW” və “McLaren” kimi markalarda çalışmış təcrübəli rəhbər Mark Koton rəhbərlik edir.
“SC01”in ən diqqətçəkən xüsusiyyətlərindən biri təxminən 1 360 kiloqramlıq çəkisinə baxmayaraq təqdim etdiyi performansdır. İki elektrik mühərriki birlikdə 429 at gücü və 560 Nm fırlanma anı hasil edir. 60 kVt/saat tutumlu batareyadan enerji alan avtomobil 0-dan 62 mil/saat, yəni təxminən 100 km/saat sürətə cəmi 2,9 saniyəyə çatır.
Performans yönümlü quruluşuna baxmayaraq, yürüş məsafəsi baxımından da iddialı göstəricilər təqdim edir. “SC01”in bir dəfə tam doldurulmuş batareya ilə 300 mildən, yəni təxminən 483 kilometrdən çox məsafə qət edə biləcəyi bildirilir. Təbii ki, avtomobildən tez-tez tam performansla istifadə edilməsi bu göstəricini aşağı sala bilər.
Avtomobilin dizaynında keçmişin Britaniya idman avtomobillərindən ilham alınıb. Xarici görünüşü “Lancia Stratos” ilə “Lotus Elise” arasında bir üsluba sahib olan “SC01”in salonu isə müasir avtomobillərdəki texnologiya yönümlü yanaşmanın əksinə, olduqca sadə hazırlanıb.
SSCC avtomobili mümkün qədər yüngül və sürücü yönümlü şəkildə dizayn etməyə üstünlük verib. Şirkət rəhbərliyinin sözlərinə görə, məqsəd sürüş zövqünün önünə texnologiyanı və lazımsız sürücüyə yardım sistemlərini keçirməməkdir. Yüngül şassi, tənzimlənmiş asqı sistemi və birbaşa sükan mexanizmi də bu yanaşmanın əsas elementləri sırasındadır.
“SC01”in qarşısındakı ən böyük maneə performansı və ya yürüş məsafəsi deyil, satışa çıxarılacağı bazarlardır. Çin avtomobilləri bağlantılı nəqliyyat vasitələrinə dair qaydalar və yüksək tariflər səbəbindən ABŞ bazarında ciddi maneələrlə üzləşir. Elektrikli avtomobillərə tətbiq edilən tariflərin 100 faizə qədər yüksələ bilməsi də vəziyyəti daha da mürəkkəbləşdirir.
Üstəlik, ABŞ-da buna bənzər elektrikli idman avtomobili seçimi də hələ mövcud deyil. “Tesla”nın “Roadster” layihəsi illərdir gözlənilsə də, avtomobil hələ istehsala başlanmayıb. Şirkətin daha əvvəl verdiyi məlumatlar modelin hazırlanması prosesinin hələ ilkin mərhələlərdə olduğunu göstərir.
ABŞ-da Çin, İran, Şimali Koreya və ya Rusiya mənşəli, yaxud bu ölkələrin nəzarətində olan bağlantılı nəqliyyat vasitələrinin satışının qarşısını almağı nəzərdə tutan “Connected Vehicle Security Act of 2026” adlı yeni qanun layihəsi də gündəmdədir. Layihənin qüvvəyə minməsi halında bu tip avtomobillərin 2027-ci ildən etibarən ABŞ bazarına daxil olması daha da çətinləşə bilər.
“SC01” üçün Avropa bazarında isə fərqli plan var. Avropa bazarı üçün gələn il 1 000 ədəd avtomobil istehsalı planlaşdırılır. Böyük Britaniyaya da məhdud sayda avtomobil göndərilməsi gözlənilir.
Beləliklə, bu kiçik elektrikli idman avtomobilini ABŞ-da görmək istəyənlərin hələlik Çin, Avropa və ya Böyük Britaniya bazarlarına üz tutması lazım gələcək.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri