Icma.az
close
up
RU
3 aprel Türkiyənin pop müğənnisi Kayahanın anım günüdür

3 aprel Türkiyənin pop müğənnisi Kayahanın anım günüdür

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

3 aprel məşhur Türk pop müğənnisi və bəstəkarı Kayahan Açarın anım günüdür. 

Missiya.Az xəbər verir ki, o, 29 mart 1949-cu ildə İzmirdə anadan olub.

Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayıb. Həmin kənddəki bütün prospekt və küçələr Kayahanın mahnılarının adlarından ibarətdir.

Sənətkar ilk olaraq tanınmış müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevilib.

İfaçı hazırladığı bütün albomları bir şüarla tanıdırdı. 3 iyun 1991-ci ildə çıxardığı "Yemin Ettim" adlı albomu ilə satış rekordu qıran Kayahan "Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik" şüarı ilə tanınıb.

Uşaqlar üçün də mahnılar yazan Kayahan televiziyada uşaq proqramı da hazırlayıb. 30 aprel 1992-ci ildə isə "Odalarda Işıksızım" albomunu çıxarıb. 1993-cü ilin martında Raks Musiqi etiketli "Son Şarkılarım" adını verdiyi albomunda yenə özünə aid olan on mahnı yer alıb. "Sarı Şekerim", "Vazgeçmem", "Aman", "Kardeşiz Senle" kimi mahnıların önə çıxdığı albom da böyük satış əldə edib və s.

Pop-müğənninin "Bir Aşk Hikayesi" musiqisi də çox sevilir.

İlk dəfə 1990-cı ildə ağciyər xərçənginə tutulan müğənni 2005-ci ildə ikinci dəfə bu xəstəliklə qarşılaşıb. Həmin müddətdə 4 dəfə əməliyyat olunan və radioterapiya keçəndən sonra yenidən ayağa qalxa bilib. İlk dəfə xərçəngə tutulan zaman "Yemin etdim"i yazan müğənni uzun illər sonra deyib: "Yaşanacaq günümüz var imiş. Ölüm cəza deyil, mən elə düşünürəm. Müalicə olundum, dediklərinə görə 6 ay ömrüm qalmışdı. Onların dedikləri vaxtdan 21 il keçdi".

2014-cü ildə isə 3-cü dəfə narahatlığı artan Kayahan yenidən xəstəlikdən müalicə olunurdu. Martın 23-dən xəstəxanaya yatan ifaçının müalicəsi martın 25-dən reanimasiyada davam etdirilib.

Aprelin 3-ü dünyadan köçüb, mərhumun cənazəsi Teşvikiye məscidində qaldırılaraq öz vəsiyyəti ilə Kanlıca Mihrimah Sultan Qəbiristanlığında dəfn olunub.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri