“Dublin Bəynnaməsi” Azərbaycanın təhlükəsizliyinə ciddi töhfə verə bilər”
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Dublin Bəynnaməsi” Azərbaycanın təhlükəsizliyinə ciddi töhfə verə bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, Böyük Britaniyanın hərbi sahədəki imkanları Azərbaycana böyük perspektivlər vəd edir:
“Heç kimə sirr deyil ki, Böyük Britaniyanın hərbi sahədə çox böyük təcrübəsi var. İstər silah istehsalı, istərsə də ordu quruculuğu ilə bağlı Böyük Britaniyanın malik olduğu təcrübə bizim üçün yararlıdır. Hazırda dünyada iri və orta silah istehsalçıları öz təcrübələrini bölüşməklə yanaşı, bu sahədə əməkdaşlıq da edirlər.
Azərbaycan ciddi hərbi-sənaye potensialına malik dövlət kimi dünyanın iri, aparıcı silah istehsalçıları ilə əməkdaşlıq edir, yerli silah istehsalında qabaqcıl texnologiyaların tətbiqinə xüsusi maraq göstərir. Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycana bu sahədə texniki göstəricərini daha da yüksəltməyə imkan verəcək.
Azərbaycanla əməkdaşlıq Bpyük Britankya üçün də olduqca sərfəlidir. Azərbaycan hər şeydən öncə Böyük Britaniya üçün bazardır. Rusiya və Avropanın bəzi dövlətləri hazırda daha çox öz hərbi potensiallarını möhkəmləndirməklə məşğuldular. Silah ehtiyatlarının önəmli bir qismi cari müharibələrə sərf olunur. Bu səbəbdən də dünya bazarında müəyyən mənada silah qıtlığı formalaşıb. Bu qıtlıqdan digər silah istehsalçılaı yararlanmağa, öz silahlarını satmağa çalışırlar. Böyük Britanya məhz belə oyunçulardan biridir. Böyük Britanya üçün Azərbaycan bu baxımdan da cəzbedicidir.
Azərbaycanın isə bu məsələdə öz maraqları var və Azərbaycan da çalışacaq ki, tərəfdaşlıq imkanlarından istifadə edərək öz maraqlarını təmin etsin”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















