Icma.az
close
up
RU
“3 cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır FOTO

“3 cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində "3-cü Bakı Müasir Musiqi Günləri" Festivalı keçiriləcək.

Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gələcək. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.

May ayının 19-dan 25-nə qədər davam edəcək festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri Cadenza Contemporary Orchestra, BCMS Ensemble, Əkinçi kvarteti, Niyazi adına Dövlət Simfonik Orkestri, solistlər, həm də Almaniyanın nüfuzlu müasir musiqi ansamblı olan Der Gelbe Klang, eləcə də İsveçrə, Macarıstan,  Ukrayna, Rusiya kimi ölkələrdən dəvət olunmuş ifaçılar - Cavad Cavadzadə, Szilard  Benes, Avital Cohen, Flipp Fitin, Oleksi Murza və b. ifa edəcək. 

Festival proqramı səhər, günorta, axşam seanslarından ibarətdir və ictimaiyyətə açıqdır. Proqram çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi, Muzey Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Nizami Kino Mərkəzi kimi aparıcı teatr-tamaşa və konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar və mühazirələr, eləcə də axşam konsertləri keçiriləcək.

Proqram dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsəri əhatə edir. İfa olunacaq bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır. 

Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından birinin həyatından bəhs edən film nümayişi həyata keçiriləcək (Robert Mugge - "George Crumb: The Voice of Whale" | "George Crumb: Balinanın səsi"). Bu tədbirə giriş üçün əvvəldən qeydiyyat tələb olunur (yerlər məhduddur). 

Festival haqqında daha ətrafı məlumatı rəsmi internet saytından və sosial şəbəkə hesablarından (Facebook, İnstagram) əldə etmək olar. 

https://www.facebook.com/share/19pjYkf4fN/

https://www.instagram.com/baku.contemporary.music.soc?igsh=ZWRieXg0eXR2M3E5

https://bakucontemporarymusic.my.canva.site/?fbclid=PAQ0xDSwKPCAZleHRuA2FlbQIxMQABp0wobAzZjahHRABhgSVOh1HIUZmoJvNV4QClZ--CSm8U0EtSrAduLmYyXkvp_aem_51AnGlINOLRPHaGcMdLNTA 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri