Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

“Səslərin Sərhədsiz Dünyası: Müasir Musiqi Günləri”

“Səslərin Sərhədsiz Dünyası: Müasir Musiqi Günləri”

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrün incəsənət hadisələri arasında seçilən və dinləyicilərə unikal musiqi təcrübələri bəxş edən Müasir Musiqi Günləri Festivalı hər il peşəkar musiqiçiləri, bəstəkarları və musiqisevərləri bir araya gətirir. Bu festival, çağdaş klassik musiqinin və eksperimental janrların tanıdılması, inkişaf etdirilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə təşkil olunur. Müasir Musiqi Günləri Festivalı Azərbaycanın və beynəlxalq musiqi məkanının tanınmış bəstəkarlarının yeni əsərlərini təqdim etmək, gənc ifaçılara və yaradıcı şəxslərə platforma yaratmaq məqsədi daşıyır. Festival, eyni zamanda, ənənəvi musiqi anlayışlarını genişləndirərək, yeni texnologiyalar və musiqi dilindəki yeniliklərlə zənginləşdirilmiş əsərləri gündəmə gətirir.

Festival çərçivəsində müxtəlif janrlarda konsertlər, ustad dərsləri, seminarlar və diskussiyalar təşkil olunur. Proqramda həm elektroakustik əsərlər, həm də canlı ifalar yer alır. Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində “3-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçirilib.

Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gəlib. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.

May ayının 19-dan 25-nə qədər davam edən festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri “Cadenza Contemporary Orchestra”, BCMS Ensemble, Əkinçi kvarteti, Niyazi adına Dövlət Simfonik Orkestri, solistlər, həm də Almaniyanın nüfuzlu müasir musiqi ansamblı olan “Der Gelbe Klang”, eləcə də İsveçrə, Macarıstan,  Ukrayna, Rusiya kimi ölkələrdən dəvət olunmuş ifaçılar - Szilard  Benes, Avital Cohen, Oleksi Murza və s. ifa ediblər.

Festival proqramı səhər, günorta, axşam seanslarından ibarət olub və ictimaiyyətə açıq elan edilib. Proqram çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi, Muzey Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Nizami Kino Mərkəzi kimi aparıcı teatr-tamaşa və konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar və mühazirələr, eləcə də axşam konsertləri keçirilib.

Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından birinin həyatından bəhs edən film nümayişi həyata keçirilib, (Robert Mugge - “George Crumb: The Voice of Whale” | “George Crumb: Balinanın səsi”).

Festivalın direktoru, bəstəkar Türkər Qasımzadə qəzetimizə açıqlamasında festivalda əsasən XX-XXI əsr bəstəkarlarının müxtəlif janrlarda və bəzən də çağdaş dövrün diktəsi ilə janr sərhədlərində yazılan əsərlərinə üstünlük verildiyini bildirib: Bakı Müasir Musiqi Günləri Festivalı - bu, dünyanın bir parçası olmaq hissidir. Biz müasir musiqini həm ifa edir, həm də yaradırıq. Keçirilmiş üç festival bu ideyanı ehtiva edir: biz və onlar - eyni müstəvidə, eyni musiqi dilində danışırıq. Bakı bu prosesin vacib dalğalarından biridir. Şəhər hələ 1922-ci ildə “Symphony of Sirens” instalyasiyasının ilk səsləndiyi məkan olaraq dünyanın diqqətini cəlb etmişdi. Ona görə Bakı bu hadisələr üçün doğma yerdir.

Proqramda dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsər yer alır və bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır. Festivala təqdim olunan əsərlərdə müasir musiqi dünyasında hazırda mövcud olan ən son təmayüllər və estetikalar - eksperimental yanaşmalar, elektroakustik texnikalar və s. çağdaş istiqamətlərə üstünlük verilir. Bu, həm yerli, həm də beynəlxalq bəstəkarların müasir axtarışlarını əks etdirir. Bu kimi festivallar cəmiyyət üçün bir sıra üstünlüklər təqdim edir: Müasir musiqi sahəsində yeni əsərlərin təqdimatı və ifası ilə mədəniyyətin zənginləşdirilməsi, festival çərçivəsində keçirilən vorkşoplar, mühazirələr və ustad dərsləri vasitəsilə gənc musiqiçilərin və maraqlananların bilik və bacarıqlarının artırılması, yerli və xarici musiqiçilərin bir araya gəlməsi ilə beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi, festivalın ictimaiyyətə açıq tədbirləri vasitəsilə geniş auditoriyanın müasir musiqi ilə tanış olması və bu sahəyə marağın artırılması, və s. Festivalda çıxış edən bəstəkar Elmir Mirzəyev bildirib ki,  festival tərəfindən sifariş edilib və avtobioqrafik xarakter daşıyır:

“Səfəq” əzab və təcrid, iztirab və ümid mövzularına həsr olunmuş bir bəyandır. İnstrumental Musiqi Teatrı janrında yazılmış əsərin konsepsiyası əngəlli uşaqların faciəvi taleyi və kədər dolu həyatını ifadə edir.

Beş hissədən ibarət olan əsərin hər hissəsində tədricən ağrı və işıq, dəhşət və arzuların, inkar və qəbullanmanın fərqli qatları açılır.

Birinci hissədə “Zülmət” bölümünün mərkəzi hissəsi - aktyorlar və əlil arabasında olan solist-akkordeonistin tam qaranlıqda ifa etdiyi performansıdır. İkinci hissədə ümidsizlik və susqunluq hissini ifadə edir. Azərbaycan və alman dillərində iztirabları ifadə edən şeirlər xaos və tənhalıq duyğusunu dərinləşdirir. Heç bir müşayiət olmadan isterik vokal kvartetin ifası təcridi nümayiş etdirir - xəstə uşaqların taleləri önündəki tənhalıq hissi bu səhnədə əksini tapır. Bu hissə xəstəlik və ağrının absurdluğunu, iztirabın mənasızlığını və qaçılmazlıq qarşısında acizliyi simvolizə edən bir çığırışdır.

Üçüncü - “Qiyam” hissəsində soprano ilə əsasən mis nəfəsli və zərb alətləri səslənir. Burada taleyə qarşı kor-koranə, ümidsiz qəzəb və üsyan alovlanır. Dördüncü hissədə Sükut və röyalarla dolu bu dünyada iztirab qismən əridilir və sonda Gustav Mahler’in Beşinci Simfoniyasından “Adagio”nun demək olar ki, sezilməyən sitatında həll olunur.

Beşinci hissədə dramın kulminasiyasıdır. Hissə boyu əsasən arfa ilə celestanın ifadəsində keçən və həyəcanlı pulsasiyalı gərgin ürək döyüntüsünü təsvir edən faktura kulminasiyada partlayışa və sona yaxın nura (hərfi mənada) yönəlir”.

Qeyd edək ki, “Şəfəq” kölgədə qalanların ağrısını görməyə, rəhm və anlayışa çağırış cəhdidir.

Festival çərçivəsində iştrak edənlər arasında musiqiçilərdən Humay Qasımova, Cavad Cavadzadə, Szilard Benes, Raul Hüseynov, Mahir Tağızadə, Sənubər Sultanova, Aynur Əhədova, Flipp Fitin və b. yer alıb.

Müasir Musiqi Günləri Festivalı yalnız musiqi hadisəsi deyil, həm də estetik axtarışların və bədii yeniliklərin təcəssümüdür.  Hər il artan maraq və iştirakçılar bu festivalın gələcəkdə daha da genişlənəcəyinə və müasir musiqi sahəsində mühüm bir mərkəzə çevriləcəyinə işarədir.

Havar Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri