Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Türkər Qasımzadə: Müasir musiqi irsinin qorunması və inkişafı Bakı Müasir Musiqi Cəmiyyətinin prioritetidir

Türkər Qasımzadə: Müasir musiqi irsinin qorunması və inkişafı Bakı Müasir Musiqi Cəmiyyətinin prioritetidir

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Müasir Musiqi Cəmiyyəti (BMMC) yeni nəslin musiqiçilərini özündə birləşdirən kollektivdir. Təşkilatın əsas missiyası Azərbaycanda musiqi sənətinin təşviqi, dəstəklənməsi və inkişaf etdirilməsidir. BMMC üç əsas istiqamətdə - ifaçılıq, təhsil və tədqiqat sahələrində fəaliyyət göstərir. Bu istiqamətlər çərçivəsində həm peşəkar musiqiçilər, həm də geniş auditoriya üçün müxtəlif formatlı layihələr həyata keçirilir.

Bunu AZƏRTAC-a Bakı Müasir Musiqi Cəmiyyətinin sədri və Cadenza orkestrinin bədii rəhbəri Türkər Qasımzadə bildirib.

Onun sözlərinə görə, BMMC-nin ifaçılıq sahəsində əsas layihələr “Bakı Müasir Musiqi Günləri” festivalı və Cadenza orkestrinin fəaliyyətidir. Hazırda “Bakı Müasir Musiqi Günləri” Azərbaycanda müasir akademik musiqiyə həsr olunmuş yeganə davamlı festivaldır. Festival hər il Azərbaycanın və digər ölkələrin bəstəkar, ifaçı və musiqi mütəxəssislərinin iştirakı ilə keçirilir. Proqram ifaçılıq və təhsil komponentlərini birləşdirən çoxşaxəli tədbirlərdən ibarətdir.

Türkər Qasımzadə bildirib ki, festival çərçivəsində Azərbaycan bəstəkarlarının və ifaçılarının yaradıcılığı geniş şəkildə təqdim olunur, beynəlxalq repertuar və qonaq musiqiçilər Bakı auditoriyası ilə görüşür. Tədbirlər sırasında film nümayişləri, performanslar, mühazirələr və ustad dərsləri də yer alır.

“Cadenza Orkestri kamera orkestridir. Simli alətlərdən ibarət əsas heyətlə yanaşı, orkestrin tərkibinə nəfəs, klavişli və zərb alətləri üzrə ifaçılar da daxildir. Kollektiv ilboyu müxtəlif formatlarda - Azərbaycan bəstəkarlarına həsr olunmuş portret konsertləri, görüş-konsertlər və fərqli ansambl tərkibli tematik proqramlarla çıxış edir. Repertuar dünya musiqisinin müxtəlif dövrlərini əhatə etsə də, xüsusi yer XX–XXI əsr musiqisinə və yerli bəstəkarların əsərlərinə verilir”, - deyə o qeyd edib.

Sədr bildirib ki, BMMC-nin təhsil istiqaməti də geniş fəaliyyət spektrini əhatə edir. Buraya festivalın təhsil bloku, Muzey Mərkəzi ilə birgə keçirilən “Muzeydə musiqi axşamları” layihəsi, ilboyu təşkil olunan mühazirələr və ustad dərsləri, məktəb və universitetlərdə keçirilən tədbirlər, həmçinin bəstəkar və ifaçılarla açıq görüşlər daxildir. Təhsil proqramları peşəkar ifaçılar, musiqişünaslar, beynəlxalq mütəxəssislər, bəstəkarlar və pedaqoqlar tərəfindən aparılır. Tədbirlər həm onlayn, həm də oflayn formatda təşkil olunur və məktəblilərdən başlayaraq peşəkar musiqiçilərə qədər geniş auditoriyanı əhatə edir.

Türkər Qasımzadənin sözlərinə görə, BMMC musiqi yaradıcılığı, təhsil və elmi fəaliyyətin qovuşduğu bir platformadır. Təşkilat həm musiqi irsinin qorunması, həm də yeni istedadların dəstəklənməsi, Azərbaycanla dünya arasında mədəni körpülərin qurulması istiqamətində çalışır. Layihələr innovasiyaya açıq, nəsillərarası dialoqu gücləndirən və klassiklə müasir musiqinin müxtəlif üslublarını araşdıran yaradıcı mühit formalaşdırır.

Qeyd edək ki, BMMC 2022-ci ildə bəstəkarlar və musiqişünaslardan ibarət qrup — Türkər Qasımzadə, Said Qəni, Ayaz Qəmbərli, Tahir İbişov, Sara Timurova və Rəna Fəhradova tərəfindən yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri