3 günlük matəm elan olundu
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmələrin ad günü şənliyində baş verən dəhşətli hadisədən sonra şəhərdə üç günlük matəm elan olunub.
News24.az xəbər verir ki, mayın 28-nə keçən gecə baş verən insident zamanı bir yeniyetmə spirtli içki qəbul etdikdən sonra həmyaşıdlarına hücum edib, dörd nəfəri bıçaqlayaraq öldürüb, daha dörd nəfəri isə yaralayıb.
Hücumdan sonra şübhəli şəxsin evi yandıraraq həyatına son verdiyi bildirilir. Baykalsk administrasiyasının rəhbəri Vasili Temgenevski faciə qurbanlarının ailələrinə başsağlığı verərək mayın 28, 29 və 30-da şəhərdə matəm elan olunduğunu açıqlayıb.
İlkin araşdırmalara görə, hadisənin baş verdiyi bağ evi şübhəlinin valideynlərinə məxsusdur. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















