3 məktəbdə çalışan müəllimdən sertifikasiyada 58 BAL
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başa çatıb.
İmtahanda yüksək nəticə əldə edən müəllimlərdən biri də Siyəzən rayonu R. Abdülrəhimov adına Gilgilçay qəsəbə tam orta məktəbinin texnologiya müəllimi Günay Bağırova olub.
Redaktor.az azedu.az-a istinadla xəbər verir ki, Günay müəllim sertifikasiya imtahanından 58 bal toplayıb.
Müəllim qeyd edib ki, bu uğur onun üçün son deyil:
"Bu gün müəllimlərin sertifikasiya imtahanında 58 bal toplamağın sevincini yaşayıram. Texnologiya müəllimi olaraq 3 müxtəlif məktəbdə çalışmaq, həmçinin təlimçi kimi müəllimlərlə bilik və təcrübəmi bölüşmək mənə böyük məsuliyyət və qürur qazandırıb.
Bu uğur mənim üçün son deyil, daha böyük hədəflərə aparan yeni bir başlanğıcdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 27 İyun 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















