Icma.az
close
up
RU
3 milyon manatı Seymur Talıbova verdim

3 milyon manatı Seymur Talıbova verdim

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın sonlarında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş maliyyə naziri Rafael Əliyevə və Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mənsur Əsgərova qarşı cinayət işi üzrə proses başa çatıb. Hər iki şəxs başqa şəxslərlə əlbir olaraq dövlət büdcəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunurdular.

Ölkə.Az Turan-a istinadən xəbər verir ki, M.Əsgərov öz ifadəsində bildirib ki, yüklər üçün və sərnişinlərdən qanunsuz vergilər yığılıb. 2020-ci ildə Naxçıvan Gömrük Komitəsinin sədri təyin edilmiş Səhhət Həbibbəyli ona nəqliyyat daşımaları proqramına (TIR) yığılan vəsaitin yalnız bir hissəsini daxil etməyi tapşırıb.

Tariflər və ödənişlər şöbəsinin rəisi olan M.Əsgərov 3 min manat ölçüsündə "paket" şəklində qeyri-rəsmi ödəniş alırdı.

Onun sözlərinə görə, o, pulu şəxsən komitə sədrinə onun kabinetində verirdi. İstintaq M.Əsgərovu 273 mln. manatı mənimsəməkdə təqsirli bilib.

Təqsirləndirilən Rafael Əliyev bildirib ki, 2020-ci ildə maliyyə naziri təyin edilənə qədər M.Əsgərovla eyni vəzifəni tuturdu və qanunsuz yığılan vergiləri NMR Gömrük Komitəsinin sədrinin adamlarına verirdi.

Sonradan, Naxçıvanın maliyyə naziri olduqdan sonra büdcə vəsaitlərini 10% şişirdilmiş qiymətlərlə satınalmalar üçün müxtəlif dövlət qurumlarına köçürürdü. Daha sonra bu vəsait nağdlaşdırılır və mənimsənilirdi.

O etiraf edib ki, nazir kimi vəzifə maaşı 2300 manat, "paketi" isə 15 min manat təşkil edirdi. 3 milyon manatı şəxsən NMR-in keçmiş başçısı Vasif Talıbovun oğlu Seymur Talıbova verdiyi haqqında ifadə verib.

İstintaqın və məhkəmənin gedişatı zamanı M.Əsgərov büdcəyə 21 mln. manat, R.Əliyev isə 31 mln. manat ödəyib.

Hər ikisi 179.4-cü maddə ilə (mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli biliniblər. Məhkəmə onların hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası verib və real cəzanı şərti cəza ilə əvəz edib. 

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri