Icma.az
close
up
RU
Sabiq maliyyə naziri: “3 milyon 120 mini şəxsən Seymur Talıbova verdim”

Sabiq maliyyə naziri: “3 milyon 120 mini şəxsən Seymur Talıbova verdim”

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində həbs edilənNaxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rəfael Əliyev sabiq Ali Məclis səfri Vasif Talıbovun oğluna 3 milyondan artıq pul verdiyini iddia edib.

Gununsesi.info-nun xəbərinə görə,  145 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində təqsirli bilinən sabiq naziri məhkəmə şərti cəza ilə cəzalandırıb.

Onunla birlikdə mühakimə olunan Naxçıvan MR Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mansur Əsgərov haqqında da eyni hökm çıxarılıb.

Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi M.Əsgərova aid ittihamda iddia edilir ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib. O da bu yeyinti prosesində iştirakda suçlanır.

Keçmiş nazir R.Əliyev və sabiq şöbə müdiri M.Əsgərov 2022-ci ilin noyabrında  olsalar da, bir müddət sonra azadlığa buraxıldılar və barələrində həbsə alternativ qətimkan tədbiri seçildi.

2023-cü ilin aprelindən bəri hər ikisinin işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Onların birlikdə mühakimə olunmasının bir səbəbi də budur ki, R.Əliyev 2020-ci ildə nazir təyin edilməzdən öncə Gömrük Komitəsində M.Əsgərovun vəzifəsində çalışıb. Ona həm şöbə rəisi, həm də nazir işlədiyi dövrlə bağlı ittihamlar verilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Naxçıvan MR-ə gətirilən, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair bilgilər qanunla müəyyənləşdirilmiş qaydada mərkəzləşdirilmiş sistemə daxil edilməli idi. Ancaq Naxçıvan MR Gömrük Komitəsi qanunsuz şəkildə özbaşına alternativ proqram yaradıb və hesabatlar ora daxil edilib. Məhz həmin hesabatdan özləri gerçək durumu biliblər. Büdcəyə isə gələn vəsaitlərin cüzi bölümü köçürülüb.

Özünü qismən təqsirli bilən M.Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib: “Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.

M.Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, axı qeyri-rəsmi sistemi də səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görür və hesabatlar təqdim olunurdu. Onun sözlərinə görə, işə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olub: “Dövlətin generalının verdiyi tapşırığı icra etmişəm. Sadəcə, şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paket almışam”.

Seymur Talıbov

Keçmiş nazir: “Seymur Talıbov sürücüsü ilə mənə hər ay 15 min manat göndərirdi”

Keçmiş nazir də özünü qismən təqsirli bilir. Nazir olanadək 11 il gömrük orqanlarında çalışdığını deyən R.Əliyev də bu sistemdəki proseslərlə bağlı M.Əsgərovun dediklərini təsdiqləyib və əlavə edib ki, manatla toplanan vəsaitləri dollara çevirərək hesabatla birlikdə komitə sədrinə təqdim edirdilər: “Toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsinə, dəfələrlə aparılan üzləşmələrə görə həmin puldan 1 manat da götürmək mümkün deyildi”.

R.Əliyev 2020-2022-ci illərdə nazir işlədiyi dövrdə müxtəlif dövlət orqanları üçün alınan malların qiymətlərinin şişirdilməsi, şirkətlərin hesabına köçürülmüş vəsaitlərin 10 faizinin geri alınması kimi üsullarla 3 milyon manatdan çox yeyintidə suçlansa da, bu ittihamı da qəbul etmir.

R.Əliyev məhkəmədə ifadəsində deyib ki, ittihamda onun nazir olduğu dövrdə 3 milyon 120 min manat mənimsədiyi göstərilib. Sabiq nazir deyib ki, bu pulu özü götürməyib, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbova verib.

R.Əliyev məhkəmədə danışıb ki, 2020-ci avqustun 19-da maliyyə naziri təyin olunarkən bir sıra dövlət qurumunda qiymətlərin şişirdildiyini görüb və bu barədə S.Talıbovu bilgiləndirib. Cavabdan aydın olub ki, şişirtmə razılaşma yolu ilə gerçəkləşdirilib. Sonra da Naxçıvan MR Ali Məclisindən göstəriş gəlib ki, bütün dəftərxana ləvazimatları konkret haradan alınsın: “Məndən əvvəl də 10 faizlə işləmək təcrübəsi vardı. Həmin 10 faizlər də Naxçıvan Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsinin müdirinə təhvil verilirdi. Bunlar yığıldı, ortalama 3 milyon 120 min oldu. Onu da hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm”.

R.Əliyev əlavə edib ki, Maliyyə naziri işlədiyi dövrdə maaşı 2 min 300 manat olub. Amma hər ayın sonunda S.Talıbov sürücüsü vasitəsilə ona 15 min manat paketdə əlavə pul göndərib: “O puldan da nazirlikdə əməkdaşlara verirdim – 1200 manat müavinə, 1200 manat xəzinədarlıq şöbəsinin müdirinə, min manat büdcə şöbəsinin müdirinə. Özümə cəmi 7 min 500-8 min manat qalırdı”.

İstintaq və məhkəmə dövründə M.Əsgərov 21 milyon, R.Əliyev isə 31 milyon olmaqla, toplam 52 milyon manat büdcəyə yeyinti nəticəsində dəymiş ziyandan ödəniş ediblər.

Məhkəmə onların hər ikisini Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri