Icma.az
close
up
RU
3 oktyabr 1993 cü il: Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə

3 oktyabr 1993 cü il: Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlumdur ki, 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu. Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq öz andına sadiq qalmışdır.

Yeri gəlmişkən, qeyd edək ki, hələ Sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyən qoymayan Heydər Əliyevə xalqın sevgisi güclü idi. Məhz xalqın bu sevgisi və çağırışı Heydər Əliyevi vətənə geri qaytarmışdır. Əslində elə həmin vaxt dahi lideri respublika rəhbərliyinə dəvət etsəydilər dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, yaşamağa məcbur olmaz, dövlət müstəqilliyimiz təhlükə qarşısında qalmaz, xalqımız bu faciələrdən əziyyət çəkməzdi. Heydər Əliyevin rəhbərliyə gətirilməsi missiyasını xalq özü yerinə yetirdi və yalnız Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Heydər Əliyevin məqsədi Azərbaycanda demokratik, hüquqi dövlət qurulması idi. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməli və demokratik dövlət quruculuğu yolu ilə getməli idi. Bu məqsədə nail olmaq üçün Ulu Öndər rəhbərliyinin ilk illərindən ölkədə siyasi-hüquqi islahatlara start vermişdi. Həmin vaxt Azərbaycanda ilk parlament seçkiləri keçirildi, çoxpartiyalı siyasi sistemin formalaşdı, müstəqil dözvlətimizin ilk Konstitusiyası qəbul olundu. Mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, qanunun aliliyi prinsipinin real təmin olunması, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakının artırılması və yüzlərlə bu qəbildən olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan sözün əsl mənasında demokratik-hüquqi dövlətə çevrildi.

Onuda qeyd edək ki, Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. “Əsrin müqaviləsi” ölkəmizin sosial-iqtisadi dirçəlişinə böyük təsir etmişdir. Məhz Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişaf strategiyasını mükəmməl qurmasının nəticəsidir ki, Azərbaycan uzunmüddətli sovet iqtisadiyyatından sonra çoxmülkiyyətliliyə əsaslanan bazar iqtisadiyyatına uğurlu keçiş edə bilmişdir. Ulu Öndər Heydər Əliyev eyni zamanda böyük siyasi iradə nümayiş etdirərək milli dövlətçiliyin, milli mənafelərin qorunmasını hər zaman ilk planda saxlamışdır. Heydər Əliyevin diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət, beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə yönəlmişdir. Həmin vaxt Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsinə nail olmaq Ulu Öndərin böyük xidmətidir. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biri idi. “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər -bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” - Ulu Öndərin öz çıxışlarında vurğuladığı bu kimi fikirlər ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş və azərbaycançılıq məfkurəsini yaratmışdır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən Heydər Əliyev hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu xalqa aşılamışdır.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng siyasətçi idi. Dahi siyasətçinin dərin zəkası, fitri diplomatik istedadı, siyasi uzaqgörənliyi, geniş dünya görüşü, siyasi iradəsi, hadisələri qiymətləndirmə bacarığı, peşəkar rəhbərlik xüsusiyyətləri, ensiklopedik biliyi, məharətli natiqlik bacarığı ona təkcə Azərbaycanda deyil, ütün dünyada böyük nüfuz və “siyasət nəhəngi” adını qazandırmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İ.Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur.

Ən əsası, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Bəhmən Əmirov,

YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri