Icma.az
close
up
RU
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? AÇIQLAMA

Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyatın hərəkətinin daha səmərəli təşkili istiqamətində yeni addım atılır.

Avtosfer.az xəbər verir ki, paytaxtda ilk dəfə avtobuslar üçün xüsusi svetoforun quraşdırılması nəzərdə tutulur. İlkin mərhələdə yeni işıqforun Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşdirilməsi planlaşdırılır. Layihə avtobusların ayrılmış zolaqlarla hərəkətini asanlaşdırmaq, onların yolayrıclarından daha təhlükəsiz və maneəsiz keçidini təmin etmək məqsədi daşıyır. Layihənin nəticələri təhlil edildikdən sonra xüsusi svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması ilə bağlı qərar veriləcək.  Bəs yeni svetofor sisteminin tətbiqi avtobusların hərəkətində hansı dəyişikliklərə səbəb olacaq və bu yeniliyə ehtiyac varmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, svetoforların tətbiqi avtobus zolaqlarının çəkilməsindən sonra zərurətə çevrilmişdi:


"Çünki avtobus zolaqları adətən yolun sağ tərəfində, səkiyə paralel olan sağ hərəkət zolağında salınır. Lakin bəzi küçə və prospektlərdə avtobuslar ən sağ zolaqdan hərəkət edərək sola dönməli olurlar. Üzeyir Hacıbəyov, 28 May küçəsində, Azadlıq prospekti ilə kəsişmədə eyni problem var. Bir çox ərazilərdə bu problem mövcuddur. Biz bu məsələni ötən il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə də müzakirə etmiş və müxtəlif təkliflər irəli sürmüşdük. Ekspertlərlə birlikdə müzakirədən sonra qərara gəldik ki, ən doğru variant svetoforla tənzimlənsin. Ən sağ zolaqda hərəkət eləyən avtobus sola manevr edərkən üç zolağı kəsməlidir. Dörd zolaqlı yolda gedirsə, sola dönərkən üç zolağı kəsməlidir. Bu üç zolağı kəsərkən qəza riski, təhlükə, sıxlıq yaranacaq. Buna görə də bunu svetoforla tənzimləmək lazımdır”. 
Ekspert qeyd edib ki, həmin vaxt avtobusların sağdan gəlib yolu kəsərək keçməsi, avtobus zolağının yol ayırıcısına təxminən 50 metr qalmış sola yönləndirilməsi və digər variantlarla bağlı müxtəlif təkliflər irəli sürülmüşdü:
“Biz düşündük ki, bu svetoforla tənzimləmə daha yaxşı variant ola bilər. Ona görə də həm AYNA, həm Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi bu qərara gəlib ki, bu T şəkilli svetoforla bunu tənzimləsin. Hüquqi, tətbiqi mexanizmin cəhətdən də hər hansı bir problem yoxdur, amma düşünürəm ki, bunun da təbliğatını aparmaq lazımdır. Sürücülərdə çaşqınlıq yaranmasın deyə, həmin svetofordakı siqnalların yalnız avtobuslara, yoxsa ümumi nəqliyyata aid olduğu aydın göstərilməlidir. Sürücülər çaşqınlıq yaşayaraq qırmızı işıqda keçməsinlər, qaydaları pozmasınlar və avtobuslara nisbətdə düzgün davransınlar. Belə yanaşmalar da təbliğ olunmalıdır".

Züleyxa Allahverdiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri