3 qızından sonra oğlu da atasının soyadından imtina etdi
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğulları 24 yaşlı Maddoks atasının soyadından imtina etmək istəyir.
Axşam.az xəbər verir ki, o, hazırda yalnız anasının soyadından istifadə edir. Maddoksun qəfil qərarı Colinin rol aldığı yeni "Couture" filminin premyerasında açıqlanıb. Filmin titrlərində oğlu Maddoks Coli adı altında rejissor köməkçisi kimi qeyd olunub.
Xatırladaq ki, o, 2024-cü ildə "Maria" filmində Maddoksın soyadı Coli-Pitt kimi yazılmışdı.
Qeyd edək ki, bundan əvvəl Pitt və Colinin qızları Zahara, Vivyen və Şilo da atasının soyadından imtina edib.
Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















