Pentaqonun sursat istehsalını artırmaq üçün uzunmüddətli planı yoxdur
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Müdafiə Nazirliyinin sursat çatışmazlığına baxmayaraq, istehsal həcminin artırılması üçün ətraflı və uzunmüddətli planı yoxdur.
APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin nəzarət-audit qurumu olan Baş Nəzarət İdarəsinin (GAO) hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, döyüş hazırlığının təmin edilməsi üçün bomba, raket və torpedolar da daxil olmaqla, etibarlı sursat ehtiyatlarının mövcudluğu vacibdir.
Lakin ABŞ Müdafiə Nazirliyi sursat çatışmazlığı problemi ilə üzləşməkdə davam edir.
Hesabata əsasən, 2026-cı ildə İranla münaqişə bu problemi daha da dərinləşdirib. Çatışmazlıq xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin sursatları, SM-6 və AIM-120 raketləri ilə bağlıdır.
GAO bildirir ki, Pentaqon ehtiyatların artırılması istiqamətində müəyyən addımlar atsa da, uzunmüddətli hədəfləri, strategiyaları və nəticələrin qiymətləndirilməsi mexanizmlərini əhatə edən kompleks plan hazırlamayıb.
Qurumun qənaətinə görə, belə planın olmaması sursat istehsalının real hərbi ehtiyaclara uyğunluğunu qiymətləndirməyi çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Noyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















