Icma.az
close
up
RU
“3 saatlıq əməliyyata görə 80 manat, bu stresi yaşamağa dəyər?”

“3 saatlıq əməliyyata görə 80 manat, bu stresi yaşamağa dəyər?”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar həkimlər arasında icbari tibbi sığorta tərəfindən müayinə və əməliyyatlara görə verilən ödənişlərin az olması ilə bağlı narazılıqlar yaranıb.

“Qafqazinfo” xəbər verir ki, onlar riskli və stresli əməliyyatlara görə çox az ödəniş almalarından şikayətlənirlər.

Bunlardan biri də Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurovdur. O, sosial şəbəkə hesabında qeyd edib ki, həkimlərə ödənilən məbləğ az olduğuna görə böyük bir risk altına girməyə dəymir. Həkim ironik olaraq icbari tibbi sığortanı məhkəməyə vermək istədiyini, buna görə çıxacağı hakim qarşısında özünü bu cür müdafiə edəcəyini bildirib: “Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib. Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…

Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. 20 manatdan ötrü bu əziyyəti, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?

İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyir bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir…

Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğduğuna, həkim olmağına peşman edirlər… Bir dəfə gecə 11-də 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. 9 aylıq 400 crp, 29 leykositlə, 40 qızdırma ilə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi… İndi siz deyin, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli-çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?”

Həmçinin artıq bir neçə aydır vətəndaşlar özəl tibb müəssisələrinə əməliyyatla bağlı göndərişlərin verilməməsindən şikayətlənirlər. İddia olunur ki, əvvəllər özəl xəstəxanalara göndərişlər verilirdisə, artıq demək olar ki, sənədlər yalnız dövlət xəstəxanalarına verilir. Bu günlərdə tanınmış ürək cərrahı Üzeyir Rəhimov da özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq etmişdi. Onun sözlərinə görə, özəl xəstəxanalara sığortahaqqı verilmir, nəticədə, vətəndaşların həkim seçmə haqqı əllərindən alınır, məcbur edilirlər ki, başqa dövlət xəstəxanasına getsinlər. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvazimat əskikliyidir, bu da çox ciddi defektdir.

Problemlə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur: “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi göndəriş əsasında həyata keçirilir. 

Qeyd edək ki, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur.  

Pasiyentə qeydiyyatda olduğu inzibati ərazi vahidində və ya həmin tibbi ərazi bölməsində, yaxud digər tibbi ərazi bölməsində fəaliyyət göstərən dövlət tibb müəssisəsində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı hallarda onlara Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş verilir və bu sahədə hər hansı məhdudiyyət yoxdur”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri