Kəpəz in bazasında C kateqroyalı məşqçilik kursları başlanıldı
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün "Kəpəz" Təlim-Məşq Mərkəzində AFFA-nın C kateqoriyalı məşqçilik kursları başlanıb.
Sportal.az xəbər verir ki, kurslara "Kəpəz" PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir. "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə tutor (məsləhətçi) funksiyasını yerinə yetirir.
AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb.
Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. "C" kateqoriyası almağı arzulayanlar arasında "Kəpəz" Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var.
Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə 4 moduldan ibarət kursların yekununda fərqlənənlər müvafiq kateqoriyaya sahib çıxacaqlar.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 Noyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















