Mesut Özil Ukraynanın düşməni elan edildi
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Dünya çempionu olmuş sabiq futbolçu Mesut Özilin Ukraynanın “Mirotvorets” internet saytının məlumat bazasına daxil edildiyi iddia olunur.
Bizim.Media xəbər verir ki, buna səbəb Özilin FİFA-nın Rusiya və İsrail komandalarına münasibətdə fərqli mövqe sərgiləməsini tənqid etməsi olub.
Sabiq futbolçu açıqlamasında FİFA-nın İsrail komandalarına qarşı heç bir məhdudiyyət tətbiq etmədiyi halda, Rusiya komandalarına sanksiyalar tətbiq etməsini ikili standart kimi qiymətləndirib.
“Artıq ikili standartları bir kənara qoyub, inşallah, hamıya bərabər yanaşarlar”, – deyə Özil bildirib.
Qeyd edək ki, “Mirotvorets” Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığını iddia etdiyi şəxslərin məlumatlarını dərc edən internet saytıdır. Bu bazaya daxil edilmək özlüyündə rəsmi dövlət sanksiyası hesab olunmur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















