Serdar Ortaçdan Tarkanla bağlı ŞOK AÇIQLAMA
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türk pop musiqisinin tanınmış simalarından olan Serdar Ortaç bu dəfə açıqlamaları ilə gündəmə gəlib.
"Bakupost" Musavat.com-a istinadla bildirir ki, müğənni “Gecə müxbiri”nə müsahibəsi zamanı ona ünvanlanan Türkiyənin ən yaxşı kişi pop ifaçısının kim olması ilə bağlı suala maraqlı cavab verib.
Özünün Tarkandan sonra ikinci yerdə göstərildiyi sıralama ilə razılaşmayan Ortaç iddialı açıqlama verərək, “Məncə, bir nömrə mənəm” deyib. Serdar Ortaç özünün tərtib etdiyi siyahıda digər məşhur ifaçıların da adını çəkib. Onun sıralamasına əsasən, birinci yerdə özü, ikinci yerdə Tarkan, üçüncü yerdə Kenan Doğulu, dördüncü yerdə isə Mustafa Sandal qərarlaşıb.
Ortaçın özünü “Meqastar” ləqəbli Tarkandan üstün hesab etməsi müsahibənin ən çox diqqət çəkən məqamlarından biri olub.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər Serdar Ortaçın fikirlərini dəstəkləsə də, digərləri Tarkanın Türkiyə pop musiqisindəki xüsusi mövqeyini xatırladaraq bu sıralama ilə razılaşmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Noyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















