Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu FOTOLAR
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Kamalov Bahadur Məhəmməd oğlu Kəlbəcər rayonunda dəfn olunub.
AZXEBER.COM xəbər verir ki, Zar kəndində keçirilən vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Bahadur Kamalov 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. O, 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində itkin düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 03 İyul 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















