Icma.az
close
up
RU
3 uşağı xəstə olan hərbçi ailəsi kömək istəyir

3 uşağı xəstə olan hərbçi ailəsi kömək istəyir

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb”.
Bunu Yeniavaz.com-a uşaqların anası Rəmziyyə Cəfərova deyib.
O bildirib ki, həyat yoldaşı Daşdəmir Cəfərov 17 ildir hərbçidir və hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir.
R. Cəfərova deyir ki, ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir:
“Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıtda kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır”.
R. Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil. Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür:
“Uşaqlar hər dəfə sual verirlər ki, ana, biz nə vaxt sağalacağıq? Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları yalnız Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var. Bizim isə ona gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”.
Ailə ilə əlaqə vasitəsi: (050) 203-08-85
Kart hesabı: 5239 1517 0998 7005





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see342

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see305

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see296

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see268

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see247

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see237

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see204

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see181

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see171

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see160

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152

Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

18 Avqust 2026 15:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri