Icma.az
close
up
RU
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?

30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Günəşlənmək təkcə dəriyə gözəl bir tündlük vermək deyil, həm də sağlamlıq məsələsidir. Günəş altında həddindən artıq qalmaq dəri yanıqlarına, vaxtından əvvəl qocalmaya və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, günəş altında təhlükəsiz qalma müddəti bir sıra amillərdən xüsusilə yaş və dərinin fototipindən asılıdır.

Günəşlənməyin ümumi təhlükəsizlik qaydaları

Yaşınızdan asılı olmayaraq, aşağıdakı ümumi qaydalara əməl etmək vacibdir:

Ən təhlükəli vaxt

Günorta saat 11:00-dan 16:00-a qədər birbaşa günəş şüalarından uzaq durun. Bu saatlarda günəş şüaları ən güclü və zərərli olur. Hətta buludlu havada belə, UV şüalarının 80%-ə qədəri dəridən keçə bilir.

Günəşdən qoruyan krem istifadə edin

Günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruma faktorlu krem çəkin. Hər 2 saatdan bir, çimdikdən və ya tərlədikdən sonra təzələyin.

Qoruyucu geyimlər geyinin

Geniş kənarlı papaqlar, gün eynəkləri, uzunqollu və uzunşalvarlı nazik geyimlər əlavə qoruma təmin edir.

Kifayət qədər su için

Günəş altında susuzluq tez baş verir. Su balansınızı daim qoruyun.

Tədricən alışın

Günəşlənməyə az vaxtla başlayın və dəri reaksiyanız müsbətdirsə, yavaş-yavaş artırın.

Dərmanlar

Antibiotik, hormon və ya digər dərmanlar qəbul edirsinizsə, onların günəşə qarşı həssaslıq yarada biləcəyini nəzərə alın.

Yaşa görə günəşlənmə müddətləri

Bu tövsiyələr ümumidir, lakin fərdi dəri xüsusiyyətləri də nəzərə alınmalıdır (məsələn, açıq dərili, açıq gözlü, qızılı saçlı insanlar günəş yanığına daha həssasdır).

30 yaşa qədər

Bu yaşda dərinin regenerasiya qabiliyyəti daha yüksək olur. Amma bu, təhlükəsizlik qaydalarını unudacağınız anlamına gəlmir.

Günə 10-15 dəqiqə ilə başlayın. Dəri yaxşı reaksiya verərsə, 30-40 dəqiqəyə qədər artırmaq mümkündür, lakin daha çox deyil. Vaxtı 2-3 qısa seansa bölün, aralarda kölgədə dincəlin. Ən uyğun vaxt: səhər saat 11-dən əvvəl və axşam 16-dan sonra. Boyun və dekolte nahiyəsi həmişə qorunmalıdır.

30-40 yaş arası

Bu dövrdə dəri elastikliyini itirməyə başlayır və fotoyaşlanma riski artır. Günəşdə birbaşa qalma müddəti 30 dəqiqədən çox olmamalıdır.

Ən ideal: 10-15 dəqiqəlik qısa seanslar.

SPF 30-50 arası qoruyucu krem istifadə edin.

Üz, boyun və dekolte zonalarına xüsusi diqqət yetirin.

40-50 yaş arası

Bu yaşda dəri UV şüalarına daha həssas olur. Piqment ləkələri və qırışların yaranma riski artır. Günəş altında birbaşa qalma müddətini 15-20 dəqiqə ilə məhdudlaşdırın. Xüsusilə günəşin ən güclü olduğu saatlarda kölgədə qalmaq tövsiyə olunur. SPF 50+ qoruyucu kremlərdən istifadə edin. Geniş papaqlar, uzunqollu və nazik paltarla bədəninizi qoruyun. Gün eynəkləri taxmağı unutmayın.

Fərdi xüsusiyyətləri nəzərə alın

Hətta bu normaya əməl etdiyiniz halda belə, dərinizin reaksiyasını izləyin. Əgər azacıq da olsa qızartı, yanma və ya narahatlıq hiss edirsinizsə dərhal kölgəyə keçin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri