Icma.az
close
up
RU
30 Avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü ilə əlaqədar Ombudsmanın müraciəti

30 Avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü ilə əlaqədar Ombudsmanın müraciəti

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü dünyada minlərlə itkin düşmüş, müharibə və hərbi əməliyyatlar zamanı həlak olmuş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə öldürülmüş şəxslərin xatirəsini yad etmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmişdir.

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməmişdir. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşmüş və bu günədək taleləri haqqında hər hansı bir məlumat yoxdur.

Rəsmi məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs vardır ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə ahıl şəxslərdir.

Beynəlxalq humanitar hüquq normaları iştirakçı dövlətlərin üzərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi ilə bağlı öhdəliklər müəyyən edir. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə edilmişdir.

İtkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə tərəfimizdən əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılmış, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq itkin düşmüş soydaşlarımız barədə məlumatların Ermənistan tərəfindən təqdim olunması tələb olunmuşdur.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan dövləti tərəfindən 2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürülür. Buna baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar atılmamışdır.

İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanmış, tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilmişdir. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə beynəlxalq humanitar hüquq normalarına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri