Icma.az
close
up
RU
30 bal toplamayan bağça müəllimlərini nə gözləyir? Sertifikasiya QAYDALARI

30 bal toplamayan bağça müəllimlərini nə gözləyir? Sertifikasiya QAYDALARI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində - uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək. Bu prosesdə 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.
Modern.az saytı “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nı araşdıraraq vacib detalları diqqətə çatdırır.

Qeyd edək ki, qanunvericilikdə nəzərdə tutulan sertifikatlaşdırma dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə aiddir. Özəl bağçalarda çalışan bütün pedaqoji işçilərin avtomatik olaraq bu prosesə cəlb edilməsi nəzərdə tutulmur.

Qaydalara görə, proses iki mərhələdən ibarətdir:
I mərhələ – Test imtahanı;
II mərhələ - Müsahibə.

Test imtahanı mərhələsində bağça müəllimlərinə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyasını əhatə edəcək.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Keçid üçün minimum 30 bal toplamaq tələb olunur.

Müsahibə mərhələsində 40 ballıq sistem tətbiq olunacaq. Təhsilverənlər 20 dəiqə ərzində aşağıdakı istiqamətlər üzrə müsahibə olunacaqlar:
Ünsiyyət bacarığı maksimum 20 bal; Təlimin planlaşdırılması maksimum 10 bal; Təlimin təşkilində iş formaları və üsullarından istifadə bacarığı maksimum 10 balla qiymətləndiriləcək.
Bu mərhələdən keçid üçün minimum 20 bal tələb olunur

Bağça müəllimləri sertifikat almaları üçün həm testdən, həm də müsahibədən müəyyən edilmiş minimum balı toplamalıdırlar.

Qanunvericiliyə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırılmadan azaddırlar:

Hamilə qadınlar;
Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə işləyən qadınlar;
Uşağını təkbaşına böyüdən kişilər (müvafiq məzuniyyətlə bağlı şərtlər daxilində);
İlk dəfə işə qəbul olunanlar – ilk 3 il ərzində;
Ən azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı könüllüdür.
Bəs sertifikatlaşdırmadan keçməyənləri nə gözləyir? Bu, ən vacib məsələlərdən biridir.
Qaydalara görə, üzrlü səbəbdən iştirak etməyən və ya ilk cəhddə keçid balını toplaya bilməyən şəxsə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir.

Təkrar sertifikatlaşdırmada da keçid balını toplaya bilməyən və ya iştirak etməyən şəxslə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilir.

Sertifikatlaşdırmadan keçən şəxsin sertifikatı 5 il qüvvədə olur. Üçüncü dəfə uğurla keçdikdən sonra isə pedaqoji fəaliyyət hüququ çalışmanın yaş həddinədək qüvvədə qalır.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri