Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vatikan Muzeylərində Roma papalarının son bir əsrdə istifadə etdiyi xidmət avtomobillərinin təkamülünü əks etdirən "Un secolo di Papamobile" adlı sərgi ziyarətçilərin ixtiyarına verilib.
Kulis.az xəbər verir ki, ekspozisiya 28 yanvar 2027-ci il tarixinədək açıq qalacaq.
Sərgidə 1930-cu ildən 2012-ci ilədək papaların istifadəsində olmuş 8 tarixi "Mercedes-Benz" avtomobili (o cümlədən Nürburg 460, 300 d Landaulet, 600 Pullman Landaulet, 230 G və ML 500), eləcə də tarixin ilk avtomobili sayılan 1886-cı il istehsalı "Benz Patent-Motorwagen" nümayiş etdirilir.
Sərgi papalıq nəqliyyatının rəsmi qapalı limuzinlərdən dindarlarla birbaşa təmas qurmağa imkan verən üstüaçıq avtomobillərə doğru keçdiyi yolu göstərir.
Belə ki, XI Piy sürücüyə düymələr vasitəsilə göstərişlər verə bilən ilk "Mercedes"dən istifadə edib, II İohann Pavel isə izdihamı hər tərəfdən salamlamaq üçün əvvəlcə bərbər kreslosundan uyğunlaşdırılmış fırlanan oturacaqlı açıq avtomobillərə üstünlük verib.
Qeyd edək ki, 1981-ci ildə Müqəddəs Pyotr meydanında II İohann Pavelə qarşı törədilən sui-qəsddən sonra avtomobillərin dizaynı köklü dəyişib və bu gün də istifadə olunan gülləkeçirməz şüşəli, zirehli "papamobil"lər dövrü başlayıb.
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər "TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















