Əczaçı olmaq istəyənlərin NƏZƏRİNƏ YENİ TƏLƏBLƏR müəyyənləşdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Səhiyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 11 yanvar tarixli 1 nömrəli qərarında və 2025-ci il 7 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər"də dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiya sədri Teymur Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Bundan başqa, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.
Qüvvədə olan sənəddə isə qeyd olunur ki, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















